manera.az
manera.az

"Rəqqasə" - hekayə |MANERA.AZ

"Rəqqasə" - hekayə  |MANERA.AZ
manera.az ZİYA ALAR


"Rəqqasə"
(hekayə)


Evə qayıdıb pencəyini çıxartmaq istəyəndə cibindəki qəpiklər döşəməyə töküldü.Səpələnmiş qəpikləri ovcuna yığıb saydı-cəmi yetmiş qəpik.Gülümsədi.Əhəmiyyət vermədən pencəyi kənara vıyıldatdı.Onsuzda özününkü deyildi-qonşuya qaytaracaqdı.

Yaman yorulmuşdu.Mobil telefonusa susmurdu.Bir qız zəng vurub onunla tanış olmaq istədiyini söylədi.Rəqqasə olduğunu deyib Hikməti gecə kulubuna dəvət etdi.Hikmət isə gecə kulubu baha başa gələr deyə bu görüşdən vaz keçdi.

Onu axtaran digər qız model Ellada idi.Zəngi görən kimi gözləri işıldadı. “Alo” –demişdi ki bağlantı kəsildi.Ellada qısa çağrı göndərmişdi.Məsələ də burasında idi ki,Hikmətində bu qısa çağrını cavablandırmaq üçün telefonunun balansında “kifayət qədər kontur yox” idi.
Telefonu səssiz rejimə salıb çarpayıya tulladı.

Uzanıb sabahı düşünürdü.Sabah müğənni olmaq həvəsi ilə quş kimi çırpınan gənc bir qızla görüşəcəkdi.Hansı ki,qıza bu yöndə hərtərəfli dəstək olacağına söz vermişdi.Niyyəti isə təcrübəsiz qızı tora salıb heyvani nəfsinə tabe etdirmmək idi.Bir gün öncə qızın internet vasitəsi ilə göndərmiş olduğu şəkillərə şikar kimi baxırdı..Cəmi yetmiş qəpiklə onu necə əldə edəcəyini planlaşdırırdı.Elə bunu fikirləşdiyi zaman atası çağırdı:

-Hikmət,sabah soyuducunun aylıq ödənişinin vaxtıdır,götür bu pulu aparıb banka ödəyərsən.Sabah mütləq ödə,adıma gecikmə düşməsin.
Allahı yetirmişdi.Pulları iki əllə qapıb səliqəylə pulqabısına yerləşdirdi.

Yenədə bahalı paltarlar geyinmişdi –ayaqqabısından tutmuş qalustukuna qədər-özününkü olmasa da.
Çay evində oturdular.Qız bu yaraşıqlı və centilmen oğlana baxdıqca özünü arzularının astanasında hiss edir,əsil simasıyla desək qəlbində-əlimə yaxşı qaz düşüb – deyə sevinirdi.

Onca dəqiqə keçmişdi və qızın başı artıq Hikmətin sinəsi üstündə idi.Hikmət də öz növbəsində:

-Artıq bişib,daha aparmaq olar-deyə düşünürdü.

Qız ondan söz verdiyi klip çəkilişlərinə başlamağı bir az tezləşdirməyini xahiş edir,o isə vədinə davam edirdi:

-Həyatım,bir az da səbr etsən ilin ən yaxşı klipi sənin mahnına çəkiləcək.

Vədlərlə bir ayı tamam etdi.Daha ondan xəbər-ətər yox idi.Artıq Hikmətin telefonuna zəng çatmırdı.

Hər halda Hikmət bir ay ərzində həmin qızla dörd dəfə eyni çarpayı bölüşməyi bacarmışdı.

****
Başı çox qarışıq idi.

-Təzə model bir qız tutmuşam – deyirdi.

Ona uydurma –olmayan şirkətinin reklamina çəkəcəyini vəd etmişdi.Mode qızı reklamın ssenarisi ilə taniş etmək bəhanəsilə görüşə çağırmışdı.Ona həmçinin:-gələndə rəfiqəni də özünlə gətir,mən də dostumla olacam-demişdi.Çünkü hesabı dostuna ödətdirəcəkdi.Axı dostununda sayılıb seçilən qızlara onun qədər marağı olduğunu bilirdi.

Dostlar əvvəlcədən planlaşdırdıqları kimi spirtli içki sifariş etmişdilər.Yarım saat keçmişdi və Hikmətin dostu
-Qaqa, artıq hazırdılar,aparmaq olar- dedi,çünkü içkilərinə siqaret külü tökmüşdü.

Yenə bir ay keçmişdi,yenə Hikmətin telefonu “əhatə dairəsində” idi.

Bu minvalla çoxlu belə aylar ötürdü-üçüncü,dördüncü və.s çoxlu qızlara eyni aqibəti yaşatdı.

Özünü bu sahədə nə qədər ağıllı hesab etsə də axır ki onu da yenən tapıldı.Yaşadığı son macəra ona həyatın vurduğu ən ağır zərbə...
Həmin o rəqqasə qız-Hikməti gecə kulublarından birinə dəvət edən Aydan.Salmışdı toruna ovu.Pul və gözəlliyi ilə.Bir ay bəlli niyyətlərlə bir-birlərini “fırlatdılar”Ay tamam olmuş,amma Hikmət:

-Aydanı qıra bilmirəm-deyirdi.Yaxasını ələ pis vermişdi.

Aydan ondan hamilə qaldığını və aldadıldığı təqdirdə israrla şikayətçi olacağını bildirirdi.
Hikmət başını itirmişdi.Ya rəqqasəylə evlənib dostları yanında rəzil olmalı,ya həbsə məhkum olunmalıydı.

****
Ən maraqlı məqam isə rəqqasənin Hikmətin əvvəllər ləkələdiyi qızlardan biri ilə rəfiqə və əlbir olması imiş.Hikmət həqiqəti iş-işdən keçəndən-rəqqasə evlərinin gəlinağası olduqdan sonra bildi.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031