manera.az
manera.az

Dinlər və onları insan konsepsiyası - MÜHAZİRƏ | MANERA.AZ

Dinlər və onları insan konsepsiyası - MÜHAZİRƏ | MANERA.AZ
manera.az

Bakı Slavyan Universitetinin
Yaradıcılıq fakültəsinin dinləyiciləri üçün...


III Mühazirə


“Din fövqəladə qüvvələrə əsaslanan dəyərlər və normaların cəmidir” tərifi din haqqında mühüm bir məqama işarə edir. Belə ki, din hər bir halda obyektiv gerçəkliyin fövqündəki reallığa əsaslanır. İnsanın xəyal gücü, dili onun dinə inanmasını təmin edir.

Dinlərin inkişafı prosesini xronoloji baxımdan təhlil edək. Qədim dövrün tədqiqatçıları bəşəriyyətin ilk dini kimi animizi (Latınca ruh sözündəndi) təqdim edir. Animizmin yüzlərlə forması var. Lakin bütün bu formalar olduqca lokaldır, yayılma arealları bir neçə min kilometrdən artıq deyil. Animist dinlər insanın təbiət qarşısında ilk heyrətindən yaranmışdır. Misal üçün, insan qoyunların yatacaq yerini, qidasını verirdi, lakin gözlənilməz bir xəstəlik bəzən bütöv sürünü qırırdı. Bu zamanlarda insan təbiətdə qoyunları qıran hər hansı bir qüvvə olduğuna inanırdı. İnsanların təbiətə pərəstiş etmələri, pərilərə, cinlərə, qulyabanilərə inamı, dağların, bulaqların, çayların müqəddəsliyinə etiqad müasir dövrdə də rast gəlinsə də əslində bütün bunlar animizmin qalıqlarından ibarətdir. O dövrün insanı üçün təbiətdə hər şeyin, dağın, çayın, daşların da ruhu vardı.

İctimai həyat, iqtisadi münasibətlər inkişaf etdikcə zamanla insanın təbiətlə münasibətində yeni məqamlar ortaya çıxmağa başladı. Politiezm (Poli çox, teizm tanrıçılıq) bu axtarışların nəticəsiydi.

Politeist dinlər qədim dövrün hakim inancına çevrilmişdi. Dünyanın demək olar ki, hər yerində politeizmə rast gəlirik. Asteklərdən tutmuş, hindlilərə, misirlilərə qədər bütün xalqlar politeizmə inanırdılar. Lakin bu günkü monoteist dünyagörüşümüz bizə politeizmi anlamaqda maneçilik törədir. Politeistlər dinlər haqqında danışarkən panteon sözünü çox işlədirlər. Qədim roman və Yunanıstanda məbədlər panteon adlandırılsa da bu gün bütövlükdə tanrıların cəminə deyilir. Yunan panteouna onlarla tanrı daxildir. Ya da eyni şeyi Misir, Hindistan tanrıları haqqında demək olar. Politeizm çoxlu tanrılara inansa belə bu tanrıların fövqündə olan bir gücü də qəbul edir, bu ya baş tanrı formasında, ya da bu panteonda olan bir güc formasında olur. Klassik Yunan politeizmində Zevsin üstündə Tale (Moyra Ananke), Qərbi Afrika politeizmində Yorubanın arxasında Olodumare vardı. Bu baxımdan monoteizmlə politeizm qovuşur.

Hind politeizmində Atman bütün tanrıları, ruhları, bəşəriyyəti, eləcə də fiziki və bioloji dünyanı idarə edir. Lakin o dövrdə nə Yunanlar Tale üçün, nə hindlilər Atman üçün məbədlər inşa etmədilər. Bu dövrdə insanlar hər şeyin fövqündə olan tanrılarla birəbir münasibətə girmirdilər. Onlar daha çox kiçik tanrılara dua edir, qurban verirdilər. Yaxşı məhsul almaq üçün Bərəkət, sağlamlıqları üçün Müalicə tanrısına müraciət edirdilər.

Politeizmdən danışanda mühüm bir məqamı da qeyd etmək lazımdır. Tarix böyük böyük imperiyalar politeist dinləri daşıyıblar. Bununla belə nə Roma imperiyası, nə asteklər də digər imperiyalar öz dinlərini yaymırdılar. Ya da animizm dövründə ağ tülkülərin müqəddəs olduğuna inanan qəbilə heç bir zaman kənar yerlərə missioner göndərib onları ağ tülkünün müqəddəsliyinə inandırmazdı. Politeist dövlətlər həm də digər dinlərə qarşı tolerant idilər. Misal üçün, Qədim Romada bir neçə din yanaşı şəkildə çox rahat yaşayırdı. Romalılar bircə xristianlığa qarşı qəzəbli idilər, bununla belə onların xristian soyqırımları da ancaq Varfolemey gecəsində (1572-ci ildə Parisdə katoliklərin protestanları qırması) ölənlərdən iki-üç dəfə az idi.

2015 il bundan əvvəl yer üzündə yəhudilər istisna olmaqla heç bir xalq monoteizmə inanmırdı. (2010-cu ildə isə dünyada görə 2.2 milyard xristian, 1.6 milyard müsəlman yaşayır) Yəhudi dini də mahiyyətinə uyğun olaraq digər xalqlara yayılmırdı, çünki yəhudilər bu dinin öz millətlərinə məxsus olduğuna inanırdılar. Tarix elmi ilk monoteist və geniş yayılmış bir din kimi xristianlığı tanıyır.

Xristianlıq da əslində yəhudilərə göndərilmiş bir din idi, lakin İsa öldürüldükdən sonra onun həvariləri dünyanın dörd bir tərəfinə gedib bu dini yaydılar, nəticədə bir yəhudi dini olan xristianlıq tezliklə dünyanın hər yerinə yayıldı. Qədim Roma 313-cü ildə xristianlığı dövlət dini elan etdikdən sonra isə xristianlıq arxasına dövlət dəstəyi alan güclü monoteist bir dinə çevrildi. Minilliyin sonunda isə dünyada çox böyük ərazilərə yayılmış İslam dini də vardı. İslam dini də eynilə xrtistianlıq kimi bir bölgə ilə məhdudlaşmadı, çox geniş coğrafiyalara yayıldı. Qeyd elədiyimiz kimi politeist dinə inananların öz dinlərini yaymaq dərdi yox idi. Lakin monoteist dinlər bəşəriyyət üçün göndərildiklərini deyirdilər və bu mesaj maksimum çox insana çatdırılmalı və bütün dünya o dinə inanmalı idi. Onların məqsədi buydu.

Monoteizmlə bağlı mühüm bir məqam da onların daha mühafizəkar, daha sərt olmaları idi. Misal üçün, Xristian Kilsəsi əsrlərdir bidətçilərə, digər dinlərin hətta monoteist dinlərin əleyhdarlarına qarşı terror əsdirirdi. Tarixin ən ağrılı məqamlarından biri olan Səlib yürüşləri iki monoteist dinin toqquşması əsasında yaranmışdı. Bu gün Şərqi Asiya istisna olmaqla insanların əksəriyyəti monoteist dinlərin birinə inanır.

Dinlərin inkişafında inkari inkar prinsipinə də yer ayırmaq lazımdır. Belə ki, politeist dinlər əslində animizmin də bəzi xüsusiyyətlərini daşıyırdı. Misal üçün, pərilərə, ruhlara inam məsələsini politeistlər animistlərdən əxz etmişdilər. Digər tərəfdən də tanrıların arxasında da duran vahid bir ilahi qüvvənin mövcudluğu fikri də monoteizmdən qabaq politeizmdə vardı. Sadəcə olaraq monoteistlər Vahid Tanrı ideyasını vurğulayaraq digər tanrıları rədd etdilər. Xristianlar eynilə politeizmdə olduğu kimi müqəddəslərin panteonunu yaratdılar.

Burda dualist dinlərdən də söz açmaq lazımdır. Dualist dinlərin ən məşhuru zərdüştilikdir. Zərdüştilik dini Ahurəmazda ilə Əhrimanın mübarizəsi kimi təqdim edir. Dünya Xeyirlər Şərin mübarizəsidir və insan bu mübarizədə öz tərəfini seçməlidir. Monoteist dinlər vahid tanbrının varlığına inanırlar, lakin onlar Əhriməni Şeytana çevirirlər. Belə ki, insanları tarix boyunca bir sual düşündürüb və düşündürür: Tanrı varsa bəs bu dünyada niyə bu qədər zülm, əzab, faciə var?. Monoteist dinlər bu suallara Şeytanın varlığı ilə cavab verirlər. Lakin zərdüştilik iki tanrının yanaşı mövcudluğu ilə bu sualı cavablandırır.

Buraya qədər qeyd etdiyimiz dinlər fövqəltəbii qüvvələrə inam əsasında formalaşmış dinlər idi. Bütün bu dinləri birləşdirən ən mühüm xüsusiyyət də elə idi idi. Lakin təbiətin qanunlarına əsaslanan, heç bir metafizikaya ehtiyac duymayan dinlər də var ki, bunların da ən məşhuru buddizmdir. Bu gün dünyada 1 milyarddan çox insan buddizmə inanır.

Bioz dinə tərif verərkən Tanrı anlayışını ön plkana çıxartsaq o zaman buddizm biur din olmayacaq. Çünki buddizmdə Tanrı yoxdur. Budda Tanbrı avrmı sualına bilmirəm deyə cavab verirdi. Buddizmdə digər monoteist dinlərdə qarşımıza çıxan axirət, günah-savab anlayışları da mövcud deyil. Bütün bunlarla bərabər buddizm də bir dindir.

E.ə. V əsrdə yaşayan Budda insan əzabının, faciəsinin mənbəyi haqqında çox düşünürdü. Səyyar dərviş kimi illərlə yolda həqiqət axtaran Budda məşhur ustalardan, gurulardan dərs alsa da yenə də həqiqətə çata bilmədi. Sonra bir ağacın altında oturub həqiqəti dərk etməyə qədər ayağa qalxmayacağına and içdi. Qautama o ağacın altındakı nurlanmadan sonra Budda adlandı. Xoşbəxtlik ya da bədbəxtlik, ağrılar, acılar, əzablar-bütün bunların mənbəyi insanın özüydü. Acılar insanın öz mahiyyətinə uyğun düşünməməsi, hərəkət etməməsi ucbatından meydana çıxırdı. Bir şey istəyirik, alınır yenə istəyirik, o alınır, yenə də istəyirik. Bu istəklər zənciri sonsuz olduğu qədər acılar da sonsuzdur. Buddizmin Dörd Həqiqətii belədir:

Acılar, əzablar həyatın bir hissəsidir.
Əzabların mənbəyi arzu və istəklərdir.
Arzular bitsə iztirab da bitər.
Ağrıların bitməsi üçün 8 yol təqib edilməlidir.

Buddizm politeist dinlər kimi geniş areala yayılmayaraq Şərqi Asiya ilə məhdudlaşdı. Zamanla buddizmin də nirvanaya çatan müdriklər panteonu yarandı, dövlət dininə çevrildi. Lakin bəşəriyyətin inkişafına humanist dinlər adlandırdığımız ideologiyalar da heç də dinlərdən az təsir etməmişdir.

Dinlər bir-birini əvəzetmə prosesində inkari-inkar prinsipinə əsaslanır. Yəni, bir dinin xüsusiyyətləri əvəzləyicisinə də ötürülür. Lakin bu dialektika insan zəkasında da eynilə baş verir. Misal üçün, bir insan xristianlığa inandığı kimi 13 rəqəminin düşərli olduğuna da inanır.

Din minillərdir insan şüurunu formalaşdıran ən mühüm element kimi bu gün də yaşayır.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031