manera.az
manera.az

Anarın ədəbi fəaliyyətinin 60 illiyi münasibətilə film çəkilib - VİDEO

📅 05.01.2021 09:45

Anarın ədəbi fəaliyyətinin 60 illiyi münasibətilə film çəkilib - VİDEO
Real Televiziyası Xalq yazıçısı Anarın ədəbi fəaliyyətinin altmış illiyi münasibətilə “Keçən ilin son gecəsi” adlı sənədli film çəkib.

Manera.az xəbər verir ki, sənədli filmdə Xalq yazıçısı yaradıcı xadim deyil, ictimai-siyasi müstəvidən təqdim olunur.

Anarın 1988-ci ilin Meydan hadisələri zamanı məktubunun oxunması, 20 yanvar hadisələri ilə bağlı o vaxtkı Sovet rəhbərliyini açıq-aşkar qınaması, müstəqillik illərində Azərbaycanın ictimai həyatında əhəmiyyətli rol oynaması və digər məqamlar öz əksini tapıb.

24 dəqiqəlik filmin müəllifi və rejissoru Kamran Qasımov, operatorları Azər Qarayev, Elxan Hüseynov və Məhəmməd Zeynalovdur.

Filmin baş redaktoru Səbinə Ağayevadır.

Filmdə Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Aqil Abbas, millət vəkili Fazil Mustafa, jurnalist-publisist Nəsiman Yaqublu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edirlər. Filmin ilk nümayişi 30 dekabr 2020-ci il tarixdə Real Televiziyasında baş tutub.

“Keçən ilin son gecəsi” - VİDEO


Baxış sayı - 601 | Yüklənmə tarixi: 05.01.2021 09:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031