manera.az
manera.az

Gənc yazıçı "Buker" mükafatının qalibi oldu

📅 27.08.2020 11:42

Gənc yazıçı "Buker" mükafatının qalibi oldu
2020-ci ildə Beynəlxalq Buker mükafatının qalibi niderlandlı yazıçı Marika Lukas Reyneveld olub.

Manera.az xəbər verir ki, onun “Uyğunsuz axşam” romanı təqdim olunan 120 əsərdən ən yaxşısı seçilib.

Kitabda Niderlanddan olan Yas adlı qızdan və onun ciddi xristian fermer ailəsindən gedir. Əsərin qəhrəmanının qardaşının itməsi ilə ailəyə bədbəxtlik gəlir.

Kitab ictimailəşəndən sonra tez bir zamanda Niderlandda 55 000 nüsxə ilə satılıb və dünya ölkələrinin də diqqətini çəkib.

Xatırladaq ki, mükafat uğrunda altı müxtəlif ölkənin yazıçısı mübarizə aparırdı. Birinci yer üçün iddiaçılar arasında iranlı yazıçısı Şokufe Azar, argentinalı Qabriela Kamara, meksikalı Fernanda Melxor və alman Daniel Kelman da vardı. /apa.az/

Gənc yazıçı "Buker" mükafatının qalibi oldu


Baxış sayı - 1 004 | Yüklənmə tarixi: 27.08.2020 11:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930