manera.az
manera.az

Şirməmməd Hüseynov haqqında kitab yazıldı

📅 02.07.2020 07:30

Şirməmməd Hüseynov haqqında kitab yazıldı
Milli-mənəvi irsimizin görkəmli tədqiqatçısı, böyük alim və publisist, professor Şirməmməd Hüseynov haqqında yeni kitab işıq üzü görüb.

Manera.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatının ərsəyə gətirdiyi “Haqqın səsi” adlı kitabın müəllifi şair, araşdırmaçı və pedaqoq Ramiz Orsərdir.

Kitabda professor Ş.Hüseynovun bioqrafiyası, onun portret cizgiləri, milli tariximizin müxtəlif problemlərinə, o cümlədən Cümhuriyyət tarixinə dair qiymətli tədqiqatları haqqında geniş söz açılıb.

Kitaba giriş sözü yazmış filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli onu “millət yaddaşının keşikçisi olan Ş.Hüseynovu milli məfkurə və milli yaddaş işığında təqdim edən əsər” kimi qiymətləndirib.

Şirməmməd Hüseynov haqqında kitab yazıldı


Baxış sayı - 876 | Yüklənmə tarixi: 02.07.2020 07:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031