manera.az
manera.az

Ömürdən bir an - Esselər

Ömürdən bir an - Esselər
Gülnarə ACALOVA (Nar Çiçəyi)

1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub, rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S. Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiya Federativ Respublikasının Belqorod şəhərində yaşayır. Gülnarə xanımın "Nar Çiçəyi” imzasıyla həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir və esseləri müxtəlif ölkələrdə, o cümlədən respublikamızda vaxtaşırı işıq üzü görməkdədir.

İsmayıl İMANZADƏ,
AYB Mingəçevir bölməsinin sədri



GÜNƏŞİN VƏFASI...

Artıq necə gün idi ki, baharin gəlişi duyulurdu. Torpaq qış yükündən azad olduğundan rahat nəfəs almağa başlamışdı. Yorğanlarını ustlərindən atmış ağaclar Bir az utancaq, bir az da qısqanc qızlar kimi bir-birini süzür və qamətlərini düzəltməyə çalışırdılar.

Aydın mavi səmaya sanki çalğı çəkilmişdi. Təbiətdə bayram ab -havası duyulurdu. Ağacların sırasını onların hər birindən fərqli bir ərik ağacı tamamlayırdı. O sanki Günəşin parıltısına hamıdan cox sevinirdi. Kənardan baxana elə gələidi ki, ağac qanadlarını goyə uzadıb Günəşi qucmağa can atir, Günəş şüalarının tumarlarina xoşallanıb onun ilıq nəfəsindən xumarlanırdı.Ərik ağacı ilə Günəşin təması ilk məhəbbətlərini yaşayan sevgililərin görüşünə bənzəyirdi.

Hər gecə ağac hicran sıxıntısı keçirir, dan yeri sökülər-sökülməz pardaqlanırdı. Öz istəyinin istisini sevgilisinin məhəbbətinin bəhrəsi bilirdi. Az bir zamanda yaşıl yarpaqlardan bicilmiş gozəl bir libas geydi, çiçəklərinindən başına çələng hördü. Amma...

Nə biləydi, hardan biləydi ki, bu binəva, sevgilisinin vəfasızlığından ömrünə vədəsiz gəlmiş bu baharin sonu bahar bitməmiş bitəcək . Hardan biləydi ki, "Qarinin borcu" deyilən bir payı olacaq ömrünün bahar sandığı çağında. Bir gecənin uçində şaxta onun gözoxşayan çiçəklərini dondurub məhv etdi, yarpaqlarini bürüşdürdü . Ağacın ozünə arxa sandıği, vəfasina güvəndiyi Günəşə olan sevgisinin günahına döndərdiyini duyduqca gözlərindən "leçək -ləcək" yaşlar süzüldü. Günəşin biganəliyindən gündən-günə üzüldü. Oz oduna yandığı kimi də günlərin birində sondu ...

Yamanca kövrəlmişəm,
Ürəyimi küsdürdün.
Sən öz əməllərinlə,
Üşüyən ürəyimə
Soyuq külək əsdirdin.
İşığına sığındım,.
Dedim... isinnim bir az.
Necə də bilməmişəm,
Hər parlayan işıqdan
Ocaq olmaz, od olmaz ...

ÖMÜRDƏN BİR AN ...

Deyirlər insan həyatı anlardan ibarətdi. Gerirə qayıtmayan anlardan. Bu anlar olmasa həyatın mənası olardımı heç? Zaman keçdikcə xatirəyə dönən anları yada saldıqda onların gerçəkmi, fantaziyamı, yoxsa yaddaşımızdan silinməyən şirin yuxumu olduqunu düşünür və bəzən də buna inanırıq. Bəlkə insan həyatının hansısa nağıla bənzər bir bölümünü ozü-ozünə qısqandığından doğur bu yanıltmaclar? Bəs yeri göyə yaxınlaşdıran bir duyğunu yaşayan zaman onun bir də təkrarlanmayacağını düşünmək günah olmazmı? Belədirsə mən niyə bu qədər günaha batıram?

Hec bəxtəvərlikdən kövrələn, gözlərinin yaşında boğulan görmüsünüzmü?

Görən özünə qəsd edən insan olurmu ki, balı zəhərsiz yeyə bilməsin? Bəli, o gün indi yazdıqlarımı yaşayırdım gölün kənarında .

Üzük qaşı kimi meşənin ortasında yerləşən gölün qonağı olmuşdum. İllər öncəsi məktəblı olanda da ailəlikcə gəlmişdik bura. Onda gövdəsinə sökəndiyim bu ağacın kolgəsi məni özümdən gizlədə blməzdi. Bir də ki, onda ozüm-ozümdən küsməmişdim hələ...

Qəribə hisslər yasayırdım. Sevinc, həyacan, rahatlıq qarışıq narahatlıq. Elə bil icimdən gələn, ancaq özüm eşidə bildiyim bir səs mənə: "Son görüşündü göllə, gözlərin doyunca bax, əksini içnə at, xatirələrində yaşat" - deyirdi.

Bədənimdən üşütmə keçdi, dərindən kös ötürdüm. Ağlağan körpələr kimi nəfəsim də köksümdən qirila-qırıla gəldi .
- Gəl gör burda kim var?

Aslanın səsi məni elə bil yuxudan oyatdı. O, az qala gölə girəcəkmiş kimi əyilib elə böyuk məhəbbətlə nəyəsə baxırdı ki , məni da maraq tutdu.

Gölə yaxınlaşanda iki qurbağanın üz-üzə durub bir-birinə baxdıqlarıını gördüm. Heç yerlərindən tərpənmirdilər. Elə bil donmuşdular. Biz də bir-birimizə baxdıq və bərkdən güldük. Nəyə güldüyümün səbəbini heç özüm də bilmirdim. Bəlkə qurbağaları özümüzə bəzətdiyim uçun, blmirəm...

- Gedək bir qismət yemək yeyək -deyib Aslan əlimdən tutdu.
Qaça-qaça gölün üstündəki kababxanaya doğru yönəldik . Qaçırdıqmı onda, ya uçurduqmu, bilmirəm. Ancaq elə bil uçaq idik, illərin sığali nə ağarmış saçlarımıza, nə də dibinə kədər çökmüş gözlərimizə çəkilməmişdi .

Diqqətimi gənc gürcü qızı çəkdi, gözlərindən həyat eşqi yağırdi bu gözəlin. Doğru deyirlər ki, cavanlıq gözəllikdi... Bir azdan o gözəl bizim oturduğumuz masaya yaxınlaşıb gürcü dilində nə sifariş etmək istədiyimizi soruşdu. Öz dilindən başqa dildə danışa bilmədiyini anlatdi. Onun dilində danışdığımı görüb sevindi.

Sifarişimizi qəbul edib gah mənə, gah Aslana baxıb gülümsədi .

-Bizim mahnılar xoşunuza gəlirmi -deyib əda ilə boynunu əydi. Mən onun dediklərini Aslana tərcümə etdim. Aslan öz dilimizdə qıza: "Musiqinin dili, milləti olmur, gözəl!"- desə də, qiz elə bil tərcüməsiz anlamış kimi razılıq əlaməti olaraq başını oynatdi.

Aslan mənə baxıb gülümsəyirdi, mən də ona baxırdım, amma həmin an elə bil boqazıma qəhər kəndir salıb boğacaqdı. Bu məqamda bir melodiya səsləndi, ən çox sevdiyim gürcü mahnisı. “Ramdeni malodine “ (Nə zamandi səni gözləyirdim). Musiqinin məni tutduğunu görüb Aslan işarə ilə bildirdi ki, səsini qaldır.

Mahnının səsinə sanki məşədəki quşlar da səs verir, ağacların yarpaqları da bu musiqinin ritmində tərpənirdilər. Qeyri ixtiyari yerimdən qalxıb Aslana yaxınlaşdım, o da durdu, qollarımı boynuna dolayıb onun gülümsər baxışlı gözlərinə baxaraq astadan oxumaqa başladım...

Rəqs etsək də elə bil yerimizdən tərpənmirdik, torpaq idi ayaqlarımızın altinda tərpənən, elə bil meşə idi başımıza fırlanan, elə bil gölün şəffaf suyu idi əksi gözlərimizə çökən. Baxışlarımız bir birinə ilişib qalmışdı, səslənən musiqinin hər şözü sanki bu lal baxışlarımızdan oxunurdu. İlahı necə də xoşbəxt idim o an, xoşbəxt olduğum qədər də bədbəxt…

Manhnı bitdi. Biz bayaq göldə bir-birinə baxan qurbağalar kimi donub qalmışdiq. Mənim qolların onun boynunda, onun baxışlari isə mənin baxışlarımda... ...

MƏN BU GÜN SƏNİ GÖRDÜM...

Mən bu gün səni gördüm,
İnanmadım özümə.
Nə qədər uzaq və yad
Göründün sən gözümə.
Kənardan baxdım sənə,
Mənə "Yarım" deyənə.
İllərin karvanında,
Dəyişdi nə, itdi nə?

Mən bu gün səni gördüm,
Çırpınmadı ürəyim.
Nə yarımsan, nə dostum,
Onda nəyimsən, nəyim?
Vaxt vardı ki, ölərdim,
Qabağında "öl"-desən,
Qurbanın da olardım,
Bir an fikirləşmədən.
Yerin Sultanlıq idi,
Sənli dünyamda mənim.
Həyatını məhv etdin,
Səni bunca sevənin.
Artıq inamım ölüb,
Sevgiyə, məhəbbətə.
Məhəbbətin qatili,
Gələr axı, lənətə!

Mən bu gün səni gördüm,
Çırpınmadı ürəyim.
Niyə aldın əlimdən,
Deyildisə gərəyin?
Donub buz əllərində,
Yoxsa ölüb, atmısan?
Bəxti pozulmuş qızın,
Günahına batmısan.
Mən keçdim günahından,
Yəqin, Tanrı da keçər.
Vicdanın bağışlasa,
Özü-özünü əgər.
Bu dəfə bir qururla,
Baxdım "qaçan" gözünə,
Sən isə uzaqdansa ,
Baxammadın üzümə...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31