manera.az
manera.az

Pantomima Teatrı unudulmuş tamaşaları nümayiş edəcək

📅 31.05.2020 16:44

Pantomima Teatrı unudulmuş tamaşaları nümayiş edəcək
Azərbaycan Dövlət Pantomima Teatrı bu gün "Gəldim ki, olam qəmin hərifi" tamaşasını onlayn nümayiş etdirəcək. Tamaşa teatrın "YouTube” kanalından saat 21.00 da yayımlanacaq.

Teatrdan Manera.az-a bildirilib ki, sənət ocağının repertuarında olan vaxtilə televiziya kanallarının lentə aldığı bir çox tamaşaları var ki, onlar artıq oynanılmır. Teatr "Evdə qal, teatrdan qalma” prinsipinə arxalanaraq həmin tamaşaları televiziya kanallarının arxivindən əldə edib yenidən nümayiş etdirməyi planlaşdırır.

Qeyd olunub ki, pandemiya dövründə ən çox əziyyət çəkən qurumlardan biri də teatrlardı. Epidemiyanın qarşısını almaq üçün tamaşaçılara teatra gəlmək qadağan edilib. Pantomima teatrının kollektivi də evdə oturmaqla teatrdan kənarda qalmayıb izləyiciləri bu unudulmuş tamaşalara baxmağa dəvət edir.

Vurğulanıb ki, pandemiya dövründən sonra yeni tamaşalar hazırlanacaq.

Pantomima Teatrı unudulmuş tamaşaları nümayiş edəcək


Baxış sayı - 927 | Yüklənmə tarixi: 31.05.2020 16:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031