manera.az
manera.az

“Manqurt” onlayn nümayiş olunacaq

📅 07.05.2020 10:30

“Manqurt” onlayn nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Manqurt” tamaşası növbəti dəfə mayın 12-də sənət ocağının "Facebook”dakı səhifəsi vasitəsi ilə onlayn nümayiş olunacaq.

Manera.az xəbər verir ki, səhnə əsəri Çingiz Aytmatovun "Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak ediblər.


Baxış sayı - 789 | Yüklənmə tarixi: 07.05.2020 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930