manera.az
manera.az

"Pulitser" qaliblərinin adları açıqlandı

📅 05.05.2020 14:12

"Pulitser" qaliblərinin adları açıqlandı
2020-ci il üçün "Pulitser" mükafatının qalibləri müəyyənləşib.

APA -nın xəbrinə görə, mükafat 21 kateqoriya üzrə təqdim olunub.

Builki mükafatın qalibləri aşağıdakılardır:


İctimai Xidmət - "Anchorage" gündəlik xəbərlər ("ProPublica" xəbər istehsalçının töhfələri)

Son dəqiqə xəbərçiliyi - "The Courier-Journal"ın heyəti

Araşdırma jurnalistlik - "New York Times"ın əməkdaşı Brayn Rosental

Açıqlayıcı jurnalistlik - "Washington Post"un heyəti

Yerli xəbərçilik - "Baltimore Sun"ın heyəti

Milli xəbərçilik - "Seattle Times"ın əməkdaşları Dominik Qeyt, Stiv Miletiç, Mayk Beykr və Levis Kamb, "ProPublica"nın əməkdaşları Kristian Miller Meqan Rouz və Robert Fatureçi

Beynəlxalq xəbərçilik - "New York Times"ın heyəti

Yazı - "The New Yorker"in əməkdaşı Ben Taub

Şərh - "New York Times"dan Nikol Hanna-Cons

Tənqid - "The Los Angeles Times"dan Kristofer Nayt

Baş məqalə - "The Palestine Herald Press"in əməkdaşı Cefri Gerritt

Karikaturaçılıq - "The New Yorker"in yazarı Bari Blitt

Son dəqiqə xəbər fotosu - "Reuters"in fotoqraf heyəti

Fotoqrafiyaçılıq - "Associated Press"dən Çanni Anand, Muxtar Xan və Dar Yasin


Dram, Kitablar və Musiqi kateqoriyaları üzrə "Pulitser" mükafatının builki qalibləri aşağıdakılardır:


Dram - Maykl Caksonun "Qəribə döngə" ("A Strange Loop") əsəri

Tarix - Keylb MakDanielin "Azadlığın şirin dadı: Amerikadakı əsarət və köləliyin gerçək bir hekayəsi" ("Sweet Taste of Liberty: A True Story of Slavery and Restitution in America" (Oxford University Press)

Bioqrafiya - Bencamin Mozerin "Sontaq: Onun həyatı və işi" (Sontag: Her life and her work") əsəri

Bədii ədəbiyyat - Kolson Uaythedin "Nikkel oğlanlar" ("The Nickel Boys")

Poeziya - Ceriko Braunun "Ənənə" ("The Tradition") əsəri

Ümumi elmi ədəbiyyat - Qreq Qrandinin "Mifin sonu: Amerikanın ağlındakı sərhəddən sərhəd divarına qədər" (" The End of the Myth: From the Frontier to the Border Wall in the Mind of America") və Anne Boyerin "Ölməzlik: Ağrı, Zəiflik, Ölüm, Tibb, İncəsənət, Vaxt, Xəyallar, Məlumat, Tükənmək, Xərçəng və Qayğı" əsəri

Musiqi - Antoni Devis "Mərkəzi Park Beş" ("The Central Park Five" musiqisi).


Baxış sayı - 665 | Yüklənmə tarixi: 05.05.2020 14:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031