manera.az
manera.az

Asif Hacılının yeni monoqrafiyası nəşr olunub

Asif Hacılının yeni monoqrafiyası nəşr olunub
Azərbaycan Universitetinin professoru Asif Hacılının "Bayatı poetikası: struktur, semantika, praqmatika" adlı monoqrafiyası çap olunub.

Manera.az xəbər verir ki, monoqrafiyada folklorumuzun qədim janrlarından olan bayatıların poetik sistemi formal-məntiqi və struktur-semiotik meyarlarla tədqiq edilib.

Müəllif şifahi lirikamızın tədqiqinin metodoloji məsələlərini şərh etmiş, bayatı poetikasının struktur, semantika və praqmatika qatlarını araşdırıb, bayatı janrını və ümumən şifahi lirikamızı səciyyələndirən konseptual ümumiləşdirmələr verib.

Bayatıların dərkini mədəniyyət və dilimizin, özlüyümüzün dərki hesab edən müəllif bu janrda aşkarlanan etnopoetik dünya mənzərəsini, rəmz və işarələri, motiv və konseptləri ətraflı təhlil etmiş, fonopoetik, qrammatik, leksik, sintaktik vasitələrin bədii sistemdə rolunu, mətn semantikasının müxtəlif aspektlərini və ümumi səciyyəsini, kompozisiya, ritm, vəzn, janr-üslub özünəməxsusluğunu araşdırıb.

Müasir tədqiqat metodları və yeni konseptual yanaşma ilə, müxtəlif türk xalqlarının folkloruna xas mətnlərdən istifadə etməklə yazılmış bu kitab filoloq mütəxəssislər, tələbə və magistrantlar üçün nəzərdə tutulub.

Monoqrafiya AMEA-nın Folklor İnstitutunun qərarı ilə "Elm" nəşriyyatında çap olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930