manera.az
manera.az

Eyvaz Əlləzoğlunun son yuxusu - Rüstəm Kamal yazır

Eyvaz Əlləzoğlunun son yuxusu - Rüstəm Kamal yazır
Onun bircə kitabını oxumuşdum. Səhv etmirəmsə, “Ölü yay”adlanırdı. Bu hekayələrdə itirdiyi, ancaq bu itki ilə barışmaq istəməyən adamın cəhdlərini, yaddaş əzablarını görmüşdüm.

Sonra özünü yaxından tanıdım. Bir-iki ötəri ədəbi söhbətlərimiz də oldu, kimdənsə, nədənsə giley-güzar da etdik.Bu məqamlar, faktlar xatirə süjeti üçün kifayət eləmir. Onun qəfil ölümü (ölüm nə vaxt qəfil olmur ki!) məni Eyvazın ovqatı ilə yenidən baş-başa qoydu, haqqında balaca yazı yazmaq istədim. Oğlu Ayxandan xahiş elədim ki, sonuncu romanını(romandan bir parçanı “Ulduz” jurnalında oxumuşdum) mənə gətirsin. Nədənsə axtardığım ovqatın – Eyvazın hənirinin -əsərdə olmasına çox inanırdım...

“Odunçu geri qayıdır” Eyvazın sevdalı, şirin ləhcəsinin son nəğməsidir. O sanki ömrü boyu danışıb yaşatdığı, sevdiyi nitqi kağıza köçürməyin, yazıya gətirməyin çətinliyini və faciəsini anlamışdı. Bunun üçün yaddaşını açıq saxlayıb səxavətlə ortaya tökmüşdü.Yaddaş və ləhcə onun təhkiyə azadlığına, səmimiyyətinə şərait yaradırdı. O, bunu yaxşı anlamışdı...

Roman əsrlər boyu yad etnos (gürcü), yad inanc (xristian)içində yaşayan Muğanlı adlı bir elin mifoloji zamanın bərpasından ibarətdir. Mifoloji zamanın bərpası isə ancaq yuxuları danışmaqla - yozmaqla və xatirələri danışmaqla mümkündür. Əcdadların zamanı yuxu zamanıdır. Roman “o dünya”- “bu dünya” arasında tütüyən “o dünya “ haqqında düşünməyə başlamış insanlar haqqındadır, onların günahları və tövbələri haqqındadır.
Eyvaz Əlləzoğlunun son yuxusu - Rüstəm Kamal yazır
Eyvaz Əlləzoğlu insanın sirli və gizli aləmini, anlaşılmaz davranışını vermək üçün yuxu fenomeninə müraciət edir.Romanda yuxu fenomenoloji hadisədir. Əslinə, romanın bütün sujet yükünü “yuxu mətni” çəkir. “Yuxu mətni” sujet xətlərini müəyyənləşdirir, əsrin fəlsəfi mahiyyətini formalaşdırır.Hadisələr Dıqqanın (Cahangirin) tanatoloji (ölüm) yuxusundan başlayır. Tanoloji yuxu onda daxili ikiləşmə yaradır, onu ilüziyalar, ilğımlar dünyasında, günah-tövbə, yalan-doğru,uydurma-gerçəklik qarşıdurmaları arasında yaşamağa məcbur edir.

Daxili ikiləşmə Sədrəddinə də narahatlıq gətirir.K.Q.Yunqunanlam-məna sistemində şəxsiyyətin ikiləşməsinədək əzab çəkməsi insanın günaha batması,lənətlənməsi kimi izah olunur (Юнг К.Г.Значение,функции и анализ снов. Тайна сна.Харков, 1995,с,92).

Dıqqa sanki iki dünyanın sərhədindədir, nə ordadır, nə burda. Həbsdəki oğlundan danışdığı yerdə, birdən üzünü sədrəddinə tutub: “Sədrəddin, bə deyirlər Löllənin qavrınıŞahların gədələri dağıdıb?!” deyə soruşur.

Romanda “bu dünya” “ o dünyanın” çevrilmiş güzgü forması kimi çıxış edir. Haqqın divanı ilə Qardabandakı məhkəmə müqayisə edilir. “Ağzında haqqın divanı deyirsən,ağlın Qardabandakı suda-zada getməsin, orda gənə çulunu bir təhər çıxarmaq olar, amma burda zakon güclüdü,tanışlıq, sudu-zadı görmək, üstünə adəm-zad salmaq keçmir. Hələ sən o biri günahlardan xəbər ver, statyanı bir-bir deyim”.

Dıqqa ilə Sədrəddinin yuxu ilə bağlı söhbətləri metafizik dialoqlara çevrilir. Sədrəddin onun yuxusunu yozur ( Diqqa:“...güllə qavrını keçib bəri gələn atlıya dəyir, su al qanadönür, diksinib ayılıram”. Sədrəddin: “Güllə səsdi, nəsəeşidəcəksən, su da aydınlıqdı, qan da qovuşmaqdı”).

Dıqqa yuxusunu Sədrəddinə danışandan sonra “ölü-diri”, “odünya”-“bu dünya”, “günah-savab” söhbətləri başlayır. “Odünya”nın xofu Sədrəddini “bu dünyada” etdiklərinixatırlamağa məcbur edir.

Yuxu Sədrəddin üçün dözülməz həqiqətə çevrilir, onu tövbə-etiraf məqamına gətirib çıxardır. Yuxu ilə gerçəklik arasında sərhəd pozulur. Dıqqanın yuxuda gördüyü insanlar onun gözünə görünməyə, beyninə girməyə başlayır ( “yadınaona aid olmayan şeylər girdi. O hara, Daşdı, Yolçu,Yaradanqulu hara?”).

Onların dünyasında Eros və Tanatos qoşadır, iç-içədir.Sədrəddin qarğıdalı tarlasında ilk intim-erotik təcrübəsi iləDıqqanın yuxusunda tanatoloji obrazlar (“Gözüm allanandada yuxuma Löllə Qasım, qaravulçu Rəfi girir, görürəmyarğanın qarşında daşın dalına sinib atışırlar...”) kimi....

Eyvaz Əlləzoğlu yuxuları ilə bacarmadı. Muğanlını, ləhcəsini Bakıda yuxu kimi yaşamalı oldu. Ədəbi dilin(xüsusən nəsrin) normativləşmiş sintaksisi onun ləhcə ovqatını amansızcasına təhtəlşüuruna sıxışdırırdı. Ləhcə yalnız bu istedadlı və dəyərli yazıçının obrazı deyildi, həm də etnikməkanın (topoqrafiyanın) mifoloji obrazını qoruma instikti və bərpa imkanı idi.

Kənd tarixini yuxular vasitəsi ilə yenidən yaşadı. Yuxu onun epik yaddaşını aktuallaşdıran amilə çevrildi. O, qəhrəmanlarının yuxularını danışa-danışa Muğanlının keçmişini, bu günün içini ağrıdan ayrı-ayrı hadisələri, insanları son dəfə xatırladı və yuxular səltənətinə köçdü...Əminəm ki, romandakı obrazlara-ruhlara qovuşdu.../"Sözü işığa danışdım", Bakı, 2012.- S.138-140/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829