manera.az
manera.az

Notr-Dama həsr olunmuş sərgi açılacaq

📅 24.01.2020 11:05

Notr-Dama həsr olunmuş sərgi açılacaq
Bu ilin yayında Parisdə Notr-Dam kafedralına həsr olunmuş sərgi açılacaq.

Manera.az xəbər verir ki, sərgidə yanğın zamanı ciddi zərər görmüş kilsənin incəsənət əsərləri və dini sərvətləri nümayiş olunacaq.

Hazırlıqlarına başlanılan sərgi “Yenidən Notr-Damı görmək. Kilsənin inciləri divarlarından kənarda” adlanır.

Ekspozisiya kilsə yaxınlığında yerləşən Hotel-Dieuda nümayiş olunacaq.

Sərgiyə giriş sərbəst olacaq. Lakin arzulayanlar xeyriyyə məqsədi ilə ianə ödəyə biləcəklər.

Ekspozisiyada kilsə incəsənətinə, eləcə də katolik kilsəsinə aid 150 eksponat nümayiş ediləcək.

Bundan başqa, yanğın zamanı uçmuş şpilin zirvəsini bəzəyən məşhur metal xoruz fiquru da nümayiş olunan eksponatlar arasında yer alacaq./apa.az/


Baxış sayı - 664 | Yüklənmə tarixi: 24.01.2020 11:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930