manera.az
manera.az

“Ülvi Bünyadzadə-50” şeir və esse müsabiqəsi yekunlaşdı

“Ülvi Bünyadzadə-50” şeir və esse müsabiqəsi yekunlaşdı
“525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda keçirdiyi şeir və esse müsabiqəsi kifayət qədər diqqət çəkdi və geniş maraq doğurdu. Bu isə, sözsüz ki, həm şəhid şairimizin həyat və yaradıcılığına maraqdan, xatirəsinin daima əziz tutulmasından, həm də mövzunun aktuallığından qaynaqlanırdı.

Müəlliflər arasında, gənc olmalarına baxmayaraq, artıq kifayət qədər tanınan qələm sahiblərilə yanaşı, bir sıra yeni imzalar da var ki, bu da özlüyündə diqqətəlayiq cəhətdir. Onların hər birinə müsabiqəyə qatıldıqları üçün təşəkkür edir və yeni yaradıcılıq uğurları arzulayırıq.

Ülvi Bünyadzadənin doğum günü olan 23 sentyabrdan başlayaraq 2 dekabra qədər əsər qəbulu davam etmiş müsabiqə artıq yekunlaşıb və qaliblər müəyyən olunub.

Professor Cahangir Məmmədli, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və “525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin münsif olduğu müsabiqədə ümumilikdə 40-a yaxın müəllif iştirak edib.

Hər üç münsifdən ən yüksək balları alan Şəfa Vəli “Anamın boyat dərdi” essesi ilə 1-ci mükafatı qazanıb.

2-ci (üç mükafat) və 3-cü yerlər (5 mükafat) üzrə qaliblərin bir neçəsi bərabər ballar topladıqları üçün bu mükafatların sayının artırılmasına qərar verilib.

Beləliklə, 4 iştirakçı - Emin Piri “Qələmlə yazılanlar”, Günel Bayatlı (Mehdizadə) “Qəbirdə də Qarabağın özüyəm”, Heyran Cavadova “İyirmi”, İlahə Əhmədova “Qırmızıya bürünmüş qara tarix” essesinə görə - ikinciliyə layiq görülüblər.

6 müəllif - Elmin Nuri “Ruhköçürmə stansiyası” essesi, Gülnar Natiqqızı “İgidim Ülvi” şeiri, Kənan Novruzov “İllər keçsə də... yaşayacaq...”, Nahidə Xəqaniqızı “Xalqın ürəyində yer alan şair”, Nərgiz Qazi “Vətəni qürbətdə yaşamaq”, Simran Qədim “İşığa toplaşanlar”, Şəhla Aslan “Torpaq - dövlətin təməli kimi” essesi ilə - üçüncü mükafata layiq bilinib.

Afiq Abdullayev “Ülvi Bünyadzadə - tarixin şahidi və vətənin şəhidi olan gənc”, Aysel Misirgil “Gedənlər geriyə dönür...”, Dəniz Kərimli “Onlar mütləq doğma yurda qayıdacaqlar”, Əminə Mirzəyeva “Vətən mənim bu günüm...”, Fatimə Şavruqova “Vətənpərvərlik”, Günel Abbas “Vətənə getməyim gəlir...”, Günəş Mərdiyeva “Hər addımda vətənpərvərlik”, Nuranə Abbasova “Qorxu”, Pərvanə Fərhadqızı “Vətən cənnətdir”, Sevda Səfərova “Gəncliyə örnək ömür yolu”, Sonaxanım Əzizova “Ölümsüzlük şərbəti - Şəhidlik” essesi ilə, Ayşən Məmmədova “Sil gözünü, Azərbaycan!”, Elnur Rəhimov “Bağışla, ürək”, Elvin Əlizadə “Bayraq”, Ərşad Nihad “İlk sözün vətəndi, son sözün vətən”, Gülay Tahirli “Salam, ana torpaq!”, Xətai Misirzadə “Sən bir zirvəsən...”, Məhəmməd Hacıyev “Vətən”, Nigar Arif “Çağırış”, Pərviz Əlyaroğlu “Mən ölmək istəmirəm!”, Səidə Əliyeva “Elegiya”, Tural Cəfərli “Kor güllənin işıq həsrəti”, Ulucay Akif “Vətən” şeiri ilə iştirakçı kimi hədiyyə qazanıblar.

Qeyd edək ki, 2020-ci ilin yanvarında 20 Yanvar qırğınının 30-cu ildönümü tamam olacaq. Qaliblərin mükafatlandırılması və müsabiqə materiallarından ibarət kitabın təqdimat mərasiminin məhz bu hüznlü ildönüm günlərində keçirilməsi nəzərdə tutulur.

/525-ci qəzet/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930