manera.az
manera.az

Azərbaycanlı alim Türkiyədə erməni yalanlarını ifşa etdi

📅 14.11.2019 11:22

Azərbaycanlı alim Türkiyədə erməni yalanlarını ifşa etdi
Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin Amasya Universitetində 9-cu Atatürk Konqresi işə başlayıb.

Manera.az xəbər verir ki, noyabr 15-dək davam edəcək tədbirə dünyanın 7 ölkəsindən 100-dən artıq tarixçi-tədqiqatçı və elm adamı qatılıb.

Tədbirdə Ərciyəs Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı Mehdiyevin “Erməni düşüncə sistemində Atatürkün şəxsiyyəti və erməni ictimaiyyətinə düzgün tanıdılması” mövzusunda məruzəsi dinlənilib. Professor məruzəsində təəssüflə vurğulayıb ki, Ermənistanda çap olunan kitablarda və mətbuat orqanlarında Atatürk öz millətinin lideri və xilaskarı kimi deyil, ermənilərin düşməni kimi təqdim olunur. Alim təkzibolunmaz faktlar və elmi mülahizələrlə əsaslandırıb ki, Türkiyə Cümhuriyyətinin qurucusuna qarşı müxtəlif dövrlərdə atılan iftiralar bu gün də davam etməkdədir.

Məruzəçi Ermənistanda yayımlanan bir neçə kitabdan konkret misallar gətirib./axar.az/


Baxış sayı - 877 | Yüklənmə tarixi: 14.11.2019 11:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930