manera.az
manera.az

Teatr rəhbəri aparıcılıq edəcək

📅 06.11.2019 11:58

Teatr rəhbəri aparıcılıq edəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayev Mədəniyyət kanalında “Premyera” adlı veriliş aparmağa başlayıb.

Teatrın mətbuat xidmətindən Manera.az-a daxil olan məlumata görə,

Əliqismət Lalayevin aparıcılıq etdiyi “Premyera”nın ilk buraxılışı yayımlanıb.

O, bildirib ki,Azərbaycan teatrında, səhnəsində hazırlanan ən yaxşı sənət nümunələrini televiziya tamaşaçılarına təqdim ediləcək: “Verilişdə eyni zamanda bölgələrdə fəaliyyət göstərən teatrlarımıza gedəcəyik və o səhnələrdə yaranan yeni əsərləri geniş ictimaiyyətə təqdim edəcəyik.

Son vaxtlar ölkəmizin teatr aləmi çox zənginləşib. Teatrlarımızın əksəriyyəti təmirdən çıxıb və çox gözəl şəraitdə çalışırlar. Aktyorlar, rejissorlar, eləcə də bölgələrdə yaşayan insanlar üçün də teatr sənəti - yeni tamaşalar çox maraqlıdır.

Teatr və səhnə müqəddəsdir. Səhnə bir məbəddir və burada çalışanlar sizi hər zaman gözləyirlər”.


Baxış sayı - 640 | Yüklənmə tarixi: 06.11.2019 11:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930