manera.az
manera.az

“Qızıl qayıq” mükafatı istəyənlər üçün ssenari yarışması - ŞƏRTLƏR

📅 23.07.2019 15:49

“Qızıl qayıq” mükafatı istəyənlər üçün ssenari  yarışması - ŞƏRTLƏR
18-21 oktyabr 2019-cu il tarixdə Bakıda növbəti ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq

Bu barədə MANERA.AZ-a məlumat verən ANİMAFİLM festivalının təsisçisi Rəşid Ağamalıyev bildirib ki, artıq film və ssenarilərin qəbulu başlayıb. “Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Elə məhz buna görə də festivalın şüarını "Ənənə və inkişafa yeni baxış" kimi müəyyən etmişik.

Həmçinin, bu il müraciətlər ən böyük festivallar platforması olan FilmFreeway vasitəsilə təqdim edilə bilər”, – deyə vurğulayan R. Ağamalıyev film və ssenarilər üzrə müsabiqə kateqoriyaları barədə də məlumat verib:

Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)
Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (20 dəqiqəyə qədər)
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər)
Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari (mətni probeldaxil 6000 işarədən artıq olmamalıdır)


R. Ağamalıyev onu da xüsusilə nəzərə çatdırdıb ki, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə Festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.

Həmçinin, uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub.

”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.

Qeyd edək ki, hazırda müsabiqəyə 35 ölkədən 67 müraciət edilib qəbul.

Müraciətlərin son tarixi 31 iyul 2019-cu il tarixidir.
MANERA.AZ


Baxış sayı - 1 493 | Yüklənmə tarixi: 23.07.2019 15:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031