manera.az
manera.az

Marsel Prustun Fransada əlyazmaları tapıldı

📅 12.08.2019 15:35

Marsel Prustun Fransada əlyazmaları tapıldı
9 oktyabr tarixində Fallois nəşriyyatında Marsel Prustun bu vaxta qədər çap edilməyən novella və hekayələri “Müəmmalı müxbir” adı altında çap ediləcək.

Bu haqda Nəşriyyatın saytında xəbər verilib.

Yazıçının yaradıcılığının ilkin dönəmlərinə aid olan bu əsərlərdə hadisələrin çoxu Prustun ənənəvi üslubuna uyğun formadadır, bəziləri isə yaradıcılığının son illərində müşahidə edilən çətin formatıyla seçilir.

Mənbənin verdiyi məlumata görə Prust bu əsərləri özünün 1896-cı ildə çap olunacaq “Kef və günlər” adlı kitabına salmaq niyyətində olub. Çox güman ki, ya nəşriyyatın nizamnaməsinə və ya hansısa məlum olmayan səbəblərdən doqquz əsər kitabdan çıxarılıb.

Qeyd edək ki, əlyazmalar nəşriyyatın təsisçisi Bernar de Fallua tərəfindən aşkarlanıb../ruscadan tərcümə: Günel Eyvazlı/


Baxış sayı - 792 | Yüklənmə tarixi: 12.08.2019 15:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031