manera.az
manera.az

“Bahadır və Sona” romanı fransız dilində

📅 05.11.2018 18:02

“Bahadır və Sona” romanı fransız dilində
Nəriman Nərimanovun 1896-cı ildə nəşr edilmiş "Bahadır və Sona” əsərini son illərdə fransız dilində nəşr edilən ilk Azərbaycan romanı hesab etmək olar.

Bu fikir "cecile.ch-baudry.com” saytının ədəbiyyat və roman bloqunda Strasburqda fəaliyyət göstərən "Kəpəz” nəşriyyat evi ilə bağlı yazı da yer alıb.

Yazıda müəllif Nəriman Nərimanov və onun romanı haqqında ətraflı məlumat verib. "Kəpəz” nəşriyyat evinin tərcümə nəşrlərinin maraqlı olması ilə bağlı oxucular məlumatlandırılıb. Nəşriyyatın gənc olmasına baxmayaraq, artıq nəşrlərinin uğurlu olduğu vurğulanıb.

Sonda müəllif nəşriyyatın dərc etdiyi Hüseyn Abbaszadənin "Hardansınız, Müsyo Abel?” kitabını oxuduğunu bildirərək, Azərbaycan yazıçılarının əsərlərinin maraqlı olmasını diqqətə çatdırıb.

MANERA.AZ


Baxış sayı - 1 271 | Yüklənmə tarixi: 05.11.2018 18:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031