"Yeraltı külək" təqdim olunacaq
Yazıçı Kənan Hacının yeni işıq üzü görmüş "Yeraltı külək" kitabının təqdimat mərasimi keçiriləcək.
Manera.az xəbər verir ki, təqdimat 19 May saat 15-00-da Kitabevim.az-da baş tutacaq.
Qeyd edək ki, kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələri toplanılıb.
“Yeraltı külək” "BİZ" Klubun layihəsidir.
Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir!