manera.az
manera.az

Multikulturalizm və Azərbaycan reallığı- Seyran Quliyev yazır

Multikulturalizm və Azərbaycan reallığı- Seyran Quliyev yazır


Seyran Quliyev

Üçüncü yazı

(Birinci və ikinci yazı burada:
http://manera.az/tribuna/3691-multikulturalizm-ve-azerbaycan-realligi-seyran-quliyev-yazir-maneraaz.html
http://manera.az/tribuna/3787-multikulturalizm-ve-azerbaycan-realligi-seyran-quliyev-yazir-maneraaz.html)


Böyük sufi mütəfəkkir Mövlanə deyirdi:
“Kafirsən, müsəlmansan, bütpərəstsən, hətta din düşmənisənsə, bizim ümid qapımız sənin üzünə açıqdır, gəl. Bəli, sufilər başqa dindən olanlara hörmətlə yanaşır, onları öz sıralarına din, irq ayrımı etmədən qəbul edirdilər. Sufilər bildirirdilər ki, “nə qədər insan varsa, haqqa da o qədər yol var”. Onlar öz baxışlarında müqəddəs kitab Qurani-Kərimə əsaslanırdılar. Məsələn, Quranın Maidə surəsinin 48-49-cu ayələrində deyilir:
“Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin ( başqa-başqa olmanız ) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür.Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaqdır...”. Digər bir surədə ( 49.13) isə belə buyrulur:
“Ey insanlar ! Həqiqətən biz sizi bir kişidən və bir qadından yaratdıq və sizi xalqlar və qəbilələr etdik ki, bir-birinizi tanıyasınız".

Bu qeydləri etməklə əyani göstərmək istəyirəm ki, babalarımızın dünyagörüşündə multikultural və tolerant dəyərlər həm də islam dini və onunla bağlı dini-fəlsəfi təlimlərdə aşılanan ideyalardan formalaşmışdır. Azərbaycanı yaxından tanıyan hər kəsə məlumdur ki, ölkəmiz həm də qədim sufi xanəgahlarının mövcud olduğu məkanlardandır. Bütün bunlar isə insanlarımızın düşüncəsində müsbət mənada təsirsiz ötüşməyə bilməzdi. Bu səbəbdən Gəncədə XIX əsrin sonlarında Aleksandr Nevski kilsəsinin tikintisi üçün yerli müsəlmanların maddi köməklik göstərməsi və məşhur xeyriyyəçi H.Z.Tağıyevin vəsaiti və ianələri hesabına “Jen Mironosits” provaslav kafedral kilsəsinin tikilməsi haqda məlumatlara təəccüblənməməliyik. Azərbaycan tolerantlıq və multikulturalizm ideyalarına sadiqliyi və onlara yanaşması ilə bir çox dünya ölkələrinə nümunədir. Bu cəhətimizlə həmçinin qonşu ölkələrə də nümunəyik. Bakının mərkəzi küçələrindən birində ( N.Rəfibəyli küç.27 ) yerləşən və dövlət tərəfindən qorunan Müqəddəs Qriqori kilsəsi ( Bakı Erməni kilsəsi ) bütün bu söylənənlərə bir qədər də işıq tutur. Amma, tarixi torpaqlarımız İrəvan və Qarabağ bölgəsində yerləşən maddi mədəni irsimizin vəziyyəti ilə maraqlandıqca burada yerləşən abidələrimizin acı taleyi bizdə kədər hissi oyadır. Məhv edilən məscidlər, dağıdılan kurqanlar, güllələnən heykəllər, erməniləşdirilən qədim alban abidələri və s. dolayısı ilə hayların başqa xalqlara olan münasibətinin ifadəsidir. Keçmişə nəzər saldıqda onların xalqımıza qarşı düşmənçilik əməllərinə təəssüflənməmək olmur. Təkcə XX əsrdə ermənilərin azərbaycanlılara dözümsüz yanaşması ucbatından soydaşlarımızın 3 dəfə ( birinci 1905-1920 ; ikinci 1948-1953 ; üçüncu 1988-1992 ) deportasiyası, qovulması hadisəsi və 3 dəfə də onların azərbaycanlılara qarşı odlu silahlardan istifadə etməsi ilə yadda qalmışdır. Bu silahlı hadisələrin gedişatı zamanı ermənilər 2 dəfə soydaşlarımıza soyqrım aktı törətmişlər. Bunlardan birincisi 1918-ci ilin mart ayında baş vermişdir ki, bu zaman rəsmi mənbələrə görə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. İkinci soyqrım aktı isə 1992-ci ilin 26 fevralında Xocalı şəhərində baş vermişdir. Xocalı soyqrımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini amansızlıqla qətlə yetirilmişdir . Bütün bunlar ona görə baş vermişdir ki, öldürülənlər azərbaycanlı, müsəlman, türk idilər. İnsanlarımızla bərabər tarixi abidələrimizə də dözümsüz yanaşmış, mədəni irsimizi məhv etmişlər. Bununla da onlar tarixi torpaqlarımızdan izlərimizi tamamilə silmək istəmişlər.

Yeri gəlmişkən onu da vurğulayaq ki, I Qarabağ savaşında türk, talış, kürd, ləzgi, rus, yəhudi və s. xalqımızın bütün nümayəndələrinin silaha sarılaraq ön cəbhədə vətənin müdafiəsi uğrunda döyüşə atılmaları Azərbaycan multikulturalizmi baxımından dəyərli hadisədir. Rus əsilli Azərbaycanın Milli Qəhrəmanı Yuri Petroviç Kovalyova Qarabağ müharibəsi vaxtı xarici jurnalistlərdən birinin ünvanladığı:
- “Siz russunuzmu?”
- “Bəli, mən rusam, Azərbaycan isə vətənimdir” deyərək cavab verməsi və cəbhə xəttindən anasına göndərdiyi şəklin arxasına "Qarabağ mənim vətənimdir, iftixarımdır, sevincimdir, kədərimdir" kəlmələrini yazması çox şeydən xəbər verir.
"Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da fəda edərəm!" deyən və belə də edən digər rus əsilli Milli Qəhrəman İqor Makeyev və ya “ doğulmuşam burda, yaşayıram burda, heç kim məcbur etməyib, gəlmişəm torpağımı qorumağa” deyən yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunov kimi onlarla vətənpərvər milli azlıq və yerli etnos nümayəndələri canlarını torpaq uğrunda fəda edərək şəhid olmuşlar.

Bəllidir ki, azərbaycanlılar buraya köçüb yaşayan bütün millətlərə sevgi və qayğı ilə yanaşmışlar. Necəki, bir vaxtlar Azərbaycanda özlərinə məskən salan almanlar və ruslar eyni diqqət və qayğını görmüşdülərsə Türkmənçay ( 1828 ) və Ədirnə ( 1829 ) sülh müqavilələri ilə ölkəmizə kütəvi köçürülən ermənilər də eyni formada öz varlıqlarını sürdürmüşlər. Sonrakı illərdə də ermənilərin ərazilərimizə kompakt köçürülməsi davam etmişdi. Torpaqlarımızda məskunlaşan ermənilər bunun müqabilində soydaşlarımıza qarşı soyqırımlar, qətliamlar törətmiş, tarixi torpaqlarımızı zəbt emişlər. Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik yox, polietnik ölkədir. Bütün bu amillər multikulturalizm və tolerantlığa Ermənistan və Azərbaycan dövlətinin bəslədiyi münasibətin, ermənilər və azərbaycanlıların bu mövzuda sahib olduqları fərqin göstəricisidir. Artıq heç kimə sirr deyil ki, əsrlərdir ölkəmizdə müxtəlif milli və etnik azlıqların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Siyasi müstəvidə dini və milli-etnik azlıqların bütün hüquqları qorunur. Onlar, daim dövlətin diqqət və qayğısını görürlər. Azərbaycan Respublikası müstəqilliyini təkrar qazandıqdan sonra 1992-ci ildə BMT-yə üzv olan kimi atdığı ilk addımlardan biri “milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Bəyənnamə” və “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Beynəlxalq Konvensiya”ya qoşulmaq oldu. “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” 1992-ci il 16 sentyabr tarixli prezident fərmanı və 1995-ci ildə referendumla təsdiqlənmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyin ilk illərində dövlətin bu məsələlərə siyasi-hüquqi münasibətinə dair ilkin nümunələrdir. Azərbaycan Respublikasının Əsas qanunun-Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndində deyilir:
“ İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyinə, əqidə, siyası və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır.”
Konstitusiyanın 44-cü maddəsində isə belə qeyd olunur:
“Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.”

Azərbaycan Respublikasının qanunvericiliyindən ( Cinayət Məcəlləsi 109-cu maddəsi, Cinayət-Prosessual Məcəllənin 26-cı maddəsi, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanununun 3-cü maddəsi, "İctimai televiziya və radio yayımı haqqında" Qanunun 7.0.7-ci maddəsi, Seçki Məcəlləsinin 3-cü maddəsi, Əmək məcəlləsi, və s. ) çox sayda belə nümunələr göstərmək olar. Amma, “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”nun müvafiq maddələrini qeyd etməklə kifayətlənmək istəyirəm. Belə ki, sözügedən qanunun III fəslində bildirilir:
“Mədəniyyət sahəsində dövlət tərəfindən aşağıdakl bərabərliklər təmin edilir :
- dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların mədəniyyətinin hüquq və azadlıqlarının bərabərliyi ( maddə 6.3.1)
- dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların öz mədəniyyətlərini qorumaq, öz mədəni kimliklərini müəyyən etmək, mədəni sərvətlərini bərpa etmək, gücləndirmək və inkişaf etdirmək bərabərliyi ( maddə 6.3.2 ).

Respublika ərazisində yaşayan milli azlıq və xalqların mədəni dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi bir sıra mühüm işlər həyata keçirməkdədir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə "Azərbaycan - doğma diyar" devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalı keçirilməsi bu qəbildəndir. Bu sahə üzrə Heydər Əliyev fondunun dəstəyi ilə həyata keçirilən çoxsaylı işlərdən biri də 2016-cı ilin dekabrın 5-də təqdimatı keçirilən “Bir günəş altında” adlı sənədli filmdir. Ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir. Əlbəttəki görülən işlər bunlarla bitmir.
Hal-hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzləri, müxtəlif icmalar və birliklər fəaliyyət göstərir ki, bu zaman “Ukrayna cəmiyyəti”, “Alman-Azərbaycan cəmiyyəti”, “Azərbaycan-İsrail cəmiyyəti”, “Azərbaycan-Slavyan mədəniyyət mərkəzi”, “Talış mədəniyyət mərkəzi” , “Avar cəmiyyəti”, “Dağ yəhudiləri icması”, “Masallı Halay folklor kollektivi” , “Brilik cəmiyyəti” rus icması, “Udin mədəniyyət mərkəzi” , Axıska türklərinin “Vətən” cəmiyyəti və s. adlarını qeyd etmək olar.

Burada onlar öz mədəniyyətlərini yaşatmaqda, təbliğ və inkişaf etdirməkdədirlər. Dövlət səviyyəsində onlar hər cür diqqət və qayğı ilə əhatələnmişlər. Ulu öndərin müəyyən etidiyi siyasət, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə Azərbaycan dövləti tolerantlıq və multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində onlarla beynəlxalq konfrans, forum və simpoziumlar keçirməklə, habelə beynəlxalq qurumların toplantılarına ev sahibliyi etməklə dünyaya öz töhfəsini verməkdədir. Cənab prezidentin uğurlu daxili və xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan multikulturalizmi və tolerantlığı bır sıra dünya ölkələri tərəfindən maraqla qarşılanmaqda və öyrənilməkdədir.

Sonda bu barədə qeydlərimə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin fikirləri ilə yekun vurmaq istəyirəm :
“Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə ö cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyası simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin banisi məhz bunu istəyirdi".

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031