manera.az
manera.az

Bakıda “Internet və şəxsi həyat” mövzusunda konfrans keçirilib

📅 25.07.2019 16:13

Bakıda “Internet və şəxsi həyat” mövzusunda konfrans keçirilib
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)​ iyulun​ 25-də​ Bakı şəhərində “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat”​ mövzusunda konfrans keçirib.​

Manera.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) konfrans zalında keçirilən tədbirə​ KİV ​ nümayəndələri, QHT təmsilçiləri, həmçinin, internet və sosial şəbəkə ​ fəalları olmaqla 55 nəfər qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında ​ Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” ​ mövzusunda konfrans və seminarların​ təşkili” layihəsi çərçivəsində baş tutub.
Bakıda “Internet və şəxsi həyat” mövzusunda konfrans keçirilib
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,​ xəbər istehsalçılarının ​ “Şəxsi həyat” barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları​ problemlidir: “Xüsusi kateqoriyalı fərdi məlumatlar”ın, onun mühüm qollarından​ olan “Şəxsi həyat”ın​ qorunması modern dünyada​ insan hüquqlarının ən önəmli​ prinsiplərindən​ biri, həmçinin, onlayn medianın trend problemlərindən biri​ kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi​ “Şəxsi həyatın qorunması”nı ehtiva edir.​ Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də “şəxsi həyat”a​ aid informasiyaların qorunmasına, ona hörmətlə​ yanaşılmasına təminat verir.​ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri​ başqalarının “şəxsi həyat” prinsipini pozmağa​ görə​ cinayət məsuliyyətini​ nəzərdə tutur.​ Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis “Fərdi məlumatların qorunması” adlı əlahiddə qanun da qəbul edib. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» nın 3-cü Prinsipi də “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”​ mövzusuna​ həsr edilib.

Amma internetin sürətli inkişaf etməsi ilə​ ​ bu sahədə problemlər də ortaya çıxıb,​ “Şəxsi həyat”ın​ qorunması mövzusu​ ​ ​ aktuallaşıb. Sosial şəbəkələr ,​ “Şəxsi həyatın qorunması” və digər bu kimi​ prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb.​ Keçirdiyimiz konfransda məqsəd​ ​ bu problemin​ aradan qaldırılması yolları barədə müzakirə açmaq oldu”
Bakıda “Internet və şəxsi həyat” mövzusunda konfrans keçirilib
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə​ “Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV” adlı vəsait də çap​ edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə​ çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə konfrans iştirakçılarını məlumatlandırıb. Əməkdar jurnalist Azər Həsrət, DJL sədri, MŞ İH üzvü Yadigar Məmədli, Aktor.az saytının baş redaktoru Telman İsa​ və digərləri çıxış edərək mövzu üzrə fikirlərini çatdırıblar.

MANERA.AZ


Baxış sayı - 1 053 | Yüklənmə tarixi: 25.07.2019 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031