manera.az
manera.az

“Həsən bəy Zərdabi” mükafatı kimlərə verildi: SİYAHI

📅 21.07.2019 16:21

“Həsən bəy Zərdabi” mükafatı kimlərə verildi: SİYAHI
AJB bəzi media nümayəndələrini mükafatla təltif edib.

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) katibliyi mətbuatda, tele-radioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalisti 2019-cu il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif edib.

AJB-dən Manera.az-a verilən məlumata görə, Şahin Hacıyev Ermənistandan hazırladığı reportajlarına, Kamran Mahmudov media problemləri ilə bağlı araşdırmalarına, Dilqəm Əhməd Cümhuriyyət tarixi ilə bağlı araşdırmalarına, Rəna İbrahimova ARB Aran kanalında (Yevlax) apardığı sosial tok-şoularına və Orxan Fikrətoğlu müəllif proqramlarına görə Zərdabi mükafatına layiq görülüblər.

MANERA.AZ


Baxış sayı - 1 493 | Yüklənmə tarixi: 21.07.2019 16:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930