manera.az
manera.az

Etiraz edirəm, möhtərəm hakim! MANERA.AZ

Etiraz  edirəm, möhtərəm hakim! MANERA.AZ
manera.az/
Fuad Cəfərlinin yeni şeirləri...

Növbəti yoxluq

Məni çox yoxluqlara öyrəşdirdilər
incimə, bunu hesablamağa sənin
riyazi biliyin çatmaz.
Əslidən gedənlərin hamısı sənin kimi getməyə başlamışdı.
Hər gün məni daha çox yoxluqlarına öyrəşdirərək hiss elətdirmədən gedirdilər.
Hər gün bir az gedirdilər
İndi isə səndə ...
Lazım deyil, özünə əziyyət vermə,
Ürəyin necə istəyirsə, nə vaxt istəyirsə get.
İtəyirsən bir sabah çağı yalvar üzr istə,
daha bacarmıram de,
Yada gecələrin birində ürəyim kimi
gözünə görsənən nə varsa hər şeyi qır get.
Neyləyirsən elə bircə məni yoxluğuna öyrəşdirmə
daha növbəti bir yoxluğa öyrəşmək istəmirəm.
Daha nifrətdirsə nifrət etmək,
sevməkdirsə, sevmək istəyirəm.
Qorxma, nə ehtiyat elədiyin qədər qəddar,
nə də sandığı kimi zəyifəm.
Axı özün demişdin safam
nətər işdirsə həm də çox bilmişəm
hər misranda da dəliymişəm.
Bax dediyin kimi ağlın zirvəsindəyəm
ona görə də qorxma necə istəyirsənsə
nə vaxt istəyirsənsə get.
Bircə mənin yoxluğuna öyrəşdirmə yoxluğuna....

Saman Çöpü

Küncü olmuyan dünyada
insanlar bu qədər küncü hardan tapdı görəsən,
kimler hördü bu qədər küncü?
Hərəmiz bir küncdə
bir künc üçün dalaşdıq,
hərəmiz bir küncə alısdıq
axırda hərəmiz bir küncdə daşlaşdıq.
Adam balası kimi yox,
daş balası kimi daş olduq, daş!
Danışanda susan, ağlayanda gülən,
oturanda duran, bəzən quran
daha çox ucuran daş olduq.
Daş balası nəyidi elə
axı daş doğmurdu,
Tanrım, mən neylədim belə
yarı aşkar, yarı pünhan, düşəcəm dildən dilə.
Axı hamı bizim kimi sir saxlaya bilmir,
yalnız sən bilirsən
biz kimlərin alçaqlığına sirdaş olub
min quyuya atıldıq.
Elə bir sirli daş ki
dünyanın daşı yanımızda saman çöpü saman.
Atam deyir ehtiyatlı ol oğul
batan saman çöpündən yapışar.
Daha atam bilmirki menden hec kim yapışmaz
artıq məndə hamı kimi bir daşam
batanlara uğur diləyən yoldaşam...

Etiraz edirəm, möhtərəm hakim!

Etiraz edirəm, möhtərəm hakim, etiraz edirəm!
biz böyük olmaq üçün böyümək istədik,
daha kiminsə
nəyinsə qarşısında kiçilmək üçün deyil!
Rica edirəm!
deməyin ki, bir parça çörəyə görə heç də eyib deyil.
Möhtərəm hakim, biz eybin nə olduğunu yaxşı bilirik,
lazım olsa, eybə tərif də veririk.
Siz bilmirsiniz biz gecələr ölüb, gündüzlər dirilirik
neyləmək olar, belə gəlməmişdik, amma belə gedirik
heçnəyə yox məhz bu gedişata
Etiraz... etiraz edirəm, möhtərəm hakim, bu gedişata.
Axı biz bilmirdik, göndərdiyin yerdə yollar yazıçılardan düz
işıqlarısa şairlərindən gurdu.
Bizi oxudğumuz kitablar yordu
Hər kitab bir tufan olub
Bizi bilinməzlərə sovurdu
Sonra da kimsə bizi hər gecə o bilzmələrdə vurdu
Kimsəyə yox!
o kitablara etiraz edrəm, möhtərəm hakim!
o kitablar...

P.S. Bu şeir adını bilmədiyim Suryalı o körpənin əziz xatirəsinə bir şair üsyanıdır!..
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031