manera.az
manera.az

Əgər sənət olmasaydı - Nicat Həşimzadə yazır...

Əgər sənət olmasaydı - Nicat Həşimzadə yazır...
ESSE

Sənət olmasaydı, həyat çox mənasız, maraqsız olardı. Sənət bizə həyatımızdakı bozluğa qalib gəlməkdə kömək edir. Əgər sənət olmasaydı, biz həyatımızı sadəcə mexaniki vərdişlərimiz və instinktlərimiz əsasın da qurardıq. Sənət həm də eqo hadisəsidir. İnsanın tarix də özünü təsdiq problemi Hegel fəlsəfəsinin əsas müzakirə mövzularından biridir. İnsanlar özlərini isbat etmək istəyirlər, özlərini ifadə edəbilmək üçün müxtəlif yollar axtarırlar. Həmin müxtəlif yollardan biri də sənət dir. Sənət insanın özünü isbat etmə imkanıdır.

Məşhur heykəltəraş Mikelancelodan soruşublar ki, siz bu sənət əsərlərini necə yaradırsınız. O da cavab verib ki, mən sadəcə artıq olanları yonub atıram, geriyə nə qalırsa, sənət odur. Sənət bacardığın hər şeyi yüksək həvəslə etmək deyil. Sənət bacardığın ən üstün şeyi etməkdir. Dünya tarixinə nəzər salanda görürük ki, sənəti, sənət adamları olmayan və ya az olan xalqlar dünyaya heç bir ciddi töhfə verə bilməyiblər. Sənət ölümə etirazdır.

Sənət adamlarının əksəriyyəti əbədi yaşamaq, əbədi mövcudluq haqqında düşünürlər, ölümdən sonra dünyada iz qoymaq istəyirlər. İncəsənətin insanlara ən çox təsir edən növü musiqidir. Hər kəs kitab oxumur, hər kəs rəsm əsərlərinə maraq göstərmir. Ancaq hər kəs musiqi dinləyir.

Sənət təkcə istedad məsələsi deyil.İstedadla müqayisədə əhəmiyyəti daha böyükdür. Nə qədər insan istedadına arxalanıb, zəhmət çəkməyib, tənbəllik edərək özünü məhv edib.

Maraqlı məqamlardan biri də budur ki, Tanrı, təbiət insana hər şeyi vermir. İstedad bahalı hədiyyədir, insandan mütləq qarşılığında nəsə alır. Məsələn, sənə istedad verir, ancaq bütün həyatın boyu pul qazana bilmirsən, həyatın məhrumiyyətlər arasında keçir. Ya da istedadla birlikdə sənə qorxunc tənbllik xəstəliyi verilir.

Seyran Səxavətin “Qaçaqaç” əsərini oxuyanda Vidadi Məmmədov haqqında maraqlı fikirlər gördüm, ciddi ədəbi istedadı olan, ədəbiyyatı dərindən bilən Vidadi Məmmədov cəmi iki hekayə yazıb. Başqa heç nə yazmayıb. Yazıçılar onun haqqında danışarkən belə anladım ki, çox tənbəl adam olub. Gözünə döndüyüm təbiətmi deyim, Tanrımı deyim, Allahmı deyim, bilmirəm, insana hər şeyi vermir də. Balans pozulmasın deyə, müsbət xüsusiyyətlə bərabər, mənfi xüsusiyyət də verir adama. Ya da ki, bütün bunlar bəhanədir. İstedad da, tənbəllik də, zəhmət də özümüz dən aslıdır, sadəcə məsuliyyəti boynumuzdan atmaq üçün müxtəlif bəhanələrə sığınırıq.

İrvinq Stounun “Yaşamaq yanğısı” povestini, Cek Londonun “Martin İden” romanını oxuyarkən düşündüm ki, zəhmət istedaddan daha üstündür. Önəmli olan ruhdan düşməmək, inamını itirməməkdir. İnsan istəsə, çox uğurlu işlər görə bilər, sadəcə əksər hallarda tənbəllik bizə mane olur. Gördüyümüz hər əşya bir sənət əsəridir. Dünya bizim onu gördüyümüz kimidir. Hər şey əslində beynimiz də mövcuddur. Beynimizdəki ideyalara uyğun illüziyalar axtarışına çıxmaqdır sənət. Sənətin insan qəlbinə ən yaxın sahəsi musiqi olsa da, ədəbiyyatın da böyük xidmətləri var. Dünya şöhrətli yazıçıların ədəbiyyat haqqındakı məşhur fikirlərini xatırlamağa dəyər. Taqor deyir ki, ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurladırdı.

Mütaliəyə yeni başladığımız zamanlarda bədii ədəbiyyat bizə zövq verir, əylənirik, asudə saatlarımızı maraqlı keçiririk. Zaman keçdikcə mütaliə əzaba çevrilir. Zamanla daha ağır kitablar oxuyursan, daha ciddi kitablar insanı daha çox düşündürür, daha çox düşündükcə də beyin gərginləşir, yaşamaq çətinləşir. Dostoyevski əbəs yerə demirdi ki, hər şeyi dərk edirəm, yaşamaq dözülməz hala çevrilir. Tolstoy ömrünün sonlarında anlamışdı ki, yazmamaq yazmaqdan daha əfzəldir. Sokrat, ümumiyyətlə, kitab yazmamışdı. Susmaq danışmaqdan daha müqəddəsdir.

Can Yücel “Şeir nədir” sualına belə cavab vermişdi: “Bir gənc qız Pablo Pikassonu sevirmiş. Ancaq nitq qüsurlu olduğu üçün etiraf edəbilmirmiş. Baxın, mənə görə şeir budur”.

Bethoven “Silence"ı bəstələyərək kor qız üçün Ayın möcüzəvi təsvirini yaratmışdı, Sənət budur. Əslində, hər şey təbiətdə mövcuddur. Biz sadəcə təbiətin məziyyətlərini səhifələrə, tablolara çeviririk. Tomas Hobbsun sözləriylə desək, yaradıcılıq təbiətin təqlididir. Tolstoysa sənətə başqa cür tərif verir, Tolstoya görə, sənət xeyirin şər üzərində qələbəsidir. Belə anlamaq olar ki, sənət adamları real dünyanın həqiqtlərinə qarşı öz sərhədsiz xəyallarını qoyurlar. Real dünya həqiqətlərinə məğlub ol duqca sənət adamının sənətdə uğur qazanma istəyi, özünü isbat etmə aclığı daha da artır.

Bəzən biz həyatın hansısa sahəsindəki məğlubiyyətimizin qisasını şeirdən, hekayədən almağa çalışırıq. Bəzənsə yazılarımızda sadə, avam, yaxşı adamların qalib gəlməyinə kömək et məklə özümüzə təsəlli veririk. Dahi alman filosofu Haydeggersə yazır ki, sənətkar və yaradıcılıq anlayışları birlikdə bir vəhdət təşkil edir, yaradıcılıq sənətkardan, sənətkar da yaradıcılıqdan qaynaqlanır. İnsan məhz sənət sevgisiylə kamilləşir, yetkin insana çevrilir.../"Ulduz" jurnalı.-2019.-Fevral /

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930