manera.az
manera.az

Nə qoydular yazayım, nə qırdılar qələmi - Şeirlər

📅 24.02.2019 14:18

Nə qoydular yazayım, nə qırdılar qələmi - Şeirlər
Manera.az böyük mütəfəkkir Əli bəy Hüseynzadənin doğum günü münasibətilə şeirilərini təqdim edir:

Hali-Vətən

Ucundadır dilimin
həqiqətin böyüyü;
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi!

Bilirmisən cühəla
Nə etdilər vətənə?
Nə qoydular uyuya,
Nə qoydular oyana!..

Durur bilahərəkət,
Rəvamı bir diriyə?
Nə getmədə irəli,
Nə dönmədə geriyə!..

Ədu qırar qapıyı,
Biz evdə bixəbəriz,
Nə başqa başqalarız,
Nə ittihad edəriz!..

Ayıltmadı qələmim
Şu türk ilə əcəmi,
Nə qoydular yazayım,
Nə qırdılar qələmi!..
1904,
Bakı

Yurd qayğusu

Ucundadır dilimin,
Həqiqətin əzəmi.
Nə qoydular söyləyim,
Nə kəsdilər dilimi!..

Bilirmisin cahillər
Nə etdilər vatana?
Nə qoydular uyusun,
Nə qoydular oyana!..

Böylə dumaq uyuşuq,
Rəvamı bir diriyə?!
Nə getmədə iləri,
Nə dönmədə geriyə.

Düşmən qırar qapuyu,
Biz içərdə qayğusuz.
Nə evləri ayırır,
Nə bir evli oluruz!..

Ayıltmadı qələmim
Şu türk ilə əcəmi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi!..
1912
İstanbul

MANERA.AZ


Baxış sayı - 2 591 | Yüklənmə tarixi: 24.02.2019 14:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031