manera.az
manera.az

Herman Hessenin oxuculara tövsiyyə etdiyi romanı

📅 21.02.2019 20:41

Herman Hessenin oxuculara tövsiyyə etdiyi romanı
Lalə Bağırzadə,
BSU-nun I kurs magistrantı

Cəmiyyət insan təbiətini başa düşməyə və fərdi şəxsiyyətin əlaqəli konsepsiyasını yaratmağa çalışır. Biz bunu din və hüquq, münasibətlər və ədəbiyyat kimi qurumlar vasitəsilə etməyə çalışırıq. Herman Hesse tərəfindən qələmə alınan “Narsis və Qoldmund” əsəridə insanlığın dostluq, ruhani rəhbərlik və sadəcə yaşamaq yolu ilə şəxsiyyət qurmaq üçün bədxassəli mübarizəsini təsvir edir.

Əsərdə qəhrəmanlar özlərini cəmiyyətin sərt dəyər sisteminə qarşı qoyaraq, fərd və cəmiyyət arasındakı münaqişələrin, mücərrəd və şəhvət, yaxşı və pis arasındakı qarşılıqlı anlaşmanı əldə edirlər. Bu əsər dərin fəlsəfi məzmunu ilə yazıçının yaradıcılığının yetkin dövrünə aiddir. Herman Hesse öz çıxışlarının birində oxuyucularına səslənərək, məhz bu əsəri oxumaqla onun yaradıcılığına başlamağı tövsiyyə etmişdir. Roman iki gəncin dostluğundan bəhs edir: təkəbbürlü Narsis və emosional Qoldmund.

Lakin romanda dostluqla yanaşı fəlsəfə, elm, incəsənət, din, erotika da mövcuddur. Yazıçı normal yaşayışı ilə orta çağ qaranlığında monastrda sıxışıb qalan Narsis, romanda isə Qoldmunddur. Romanın təqdimatında Narsis və Qoldmund iki fərqli xüsusiyyətin daşıyıcısı kimi göstərilir.Lakin mənim fikrimcə, bu heç də belə deyil. Narsis və Qoldmund bir bütövdürlər. Əslində Narsis və Qoldmund insanın daxili aləminin iki əsas ünsürüdür: ağıl və hiss. Bu ikiləşməni yazıçı mükəmməl şəkildə yaratmışdır.Herman Hessenin ailəsi Hindistanda missionerlik fəaliyyəti göstərmişlər və o belə bir ailədə dünyaya gəlmişdir. Daha sonra valideynləri Hermanın missioner olması üçün çox çalışmışlar. Buna görə də, yazıçı Narsisin bir din xadimi kimi daxili aləmini, günah və savab, Allah və dünya, tövbə və dua haqqındakı fikirlərini qüsursuz şəkildə qələmə almışdır. Qoldmund isə missioner Hermanın deyil, yazıçı Hermanın düşüncələrinin məhsuludur.
Herman Hessenin oxuculara tövsiyyə etdiyi romanı
Romanın əsas qəhrəmanlarından biri Qoldmunddur. Bu adın əsas iki mənası mövcuddur: 1) qədim alman dilində “gold”- qızıl, “mund”- qorumaq deməkdir. 2) “gold” – qızıl, “mund”- ağız, yəni qızılağız. Bu mənalardan ikincisi obraz üçün daha xarakterikdir. O “qızılağzı” vasitəsilə yazıçının düşüncələrini oxuyucuya çatdırır. Əsər Qoldmundun atası tərəfindən monastra tərk edilməsi ilə başlayır. Daha sonra Qoldmund və Narsis arasında dostluq münasibəti qurulur.Bu dostluqda Narsisin əsas bir məqsədi Qoldmundun şüualtında gizlətdiyi, xatırlamağa cəsarət etmədiyi hadisələri üzə çıxarmaq və Qoldmundun özünü tanımasına şərait yaratmaq. Məhz elə bu məqamda yazıçının Z.Freydin psixoanaltik nəzəriyyəsinə müraciət etdiyini görürük.

Bu o qədərdə təəccüblü məqam deyil, çünki yazıçı da bir zamanlar yaşadığı sıxıntılar səbəbinə görə psixoanaltik metod ilə müalicə olunmuşdur. Qoldmundun şüuraltında sıxışıb qalan travma isə onun anası ilə bağlıdır. Onun uşaq vaxtı yaşadığı və eşitdikləri sonrakı həyatınada təsirsiz ötüşməmişdir. Hələ Qoldmund uşaq ikən anası onları tərk edir. Atası isə daim ona monastıra getməsi və anasının günahlarının təmizlənməsi üçün rahib olmağa təhrik etmişdir. Qoldmund elə monastıra bu səbəblə gəlir, lakin o rahib ola bilməzdi. Bunu Narsis elə ilk gündə anlayır, Qoldmunda bir incəsənət ruhu var idi. Narsisin sayəsində o özünü tanımaq üçün monastırı tərk edir. Qoldmund daim birlikdə olduğunu qadınlarda ana axtarışında olur.

Lakin Qoldmund öz anasını bir qadının simasında tapır: analar anası adlandırdığı Həvvanın. Həvva – canlı, yaşayan deməkdir. Qoldmundda öz qəlbində anasını yaşadırdı. Bəs öz anasını niyə Müqqədəs Məryəmə deyil də Həvvaya bənzədirdi? Çünki Müqqədəs Məryəm pak və təmiz idi, Həvva isə anası kimi günah işləmişdi. Atası Qoldmundu günahlardan xilas olmağa göndərəndə o İsa peyğəmbəri, əsərin sonunda isə Yakobu xatırladır.
Qoldmund həm də bir ekzistensialistdir. O daxilən azadlıq axtarır, buna görə də daimi məskən və sevgiyə boyun əymir. O öz sənətindən belə azadlığına görə keçir. Həmçinin Qoldmund dünya ilə barışa bilmir. Bunu Narsislə olan dialoqlarında görürük. “Karamazov qardaşları” əsərində İvan Karamazov deyir: “ Mən Allahı inkar etmirəm, mən onun yaratdığı dünyanı inkar edirəm”.

Eynən Qoldmundda belə düşüncədədir:” Mən, sadəcə, Rebekka, yandırılmış yəhudilər, qardaşlıq məzarları, nəhəng biçim, çürüntü iyindən baş çatlayan dalanlar və evlər, vəhşiləşmiş, yetim qalmış övladlar, acından boynundakı zəncirləri çeynəyən köpəklər barədə düşünürəm. Və bütün bunlar beynimdə fırlananda, təsəvvürümdə canlananda ürəyimin başı qanayır, düşünürəm ki, kaş heç doğulmayaydıq, çünki analarımız bizi sonu işıq ucu görünməyən, qəddar, iblisanə dünyaya gətiriblər, kaş ki Allah heç bu amansız dünyanı yaratmayaydı və Xilaskar bu mənfur dünyadan ötrü özünü qurban etməyəydi, çarmıxa çəkilməsinə imkan verməyəydi”. Narsisdə Qoldmundla eyni fikirdəydi, lakin o Qoldmundu dünyanını xəyal etdiyi kimi görmək istəməsinə qarşı çıxır və bunun mövcud ola bilməyəcəyini deyir.

Romanın mərkəzini təşkil edən digər obraz isə Narsisdir. Bu ad mifologiyadan qaynaqlanır. Eqoizm və təkkəbürün simvoludur. Mifologiyadan məlumdur ki, Narsis heç kimi sevməz biridir, lakin Afroditanın cəzasına görə o bir gün çayda öz simasını görür və özünə aşiq olur. Romanda da məhz budur, Narsis Qoldmundda özünün daim sıxışdırıb gizlətdiyi xüsusiyyətlərini görür , o Narsisin azad olmayan tərəfləri idi. Qoldmundla Narsis ikinci dəfə qarşılaşanda illərdi özündə gizlətdiyi hisslər baş qaldırır və Narsis dərin fikir təlatümünə düşür: “ Amma, görəsən, Allahın nöqteyi- nəzərindən, gərçəkdənmi, nümunəvi həyatın nizam və ciddi ədəb-ərkanı, dünyadan və cismani həzdən imtina, çirkab və qandan kənarda durmaq, gününü fəlsəfə və ibadətlə keçirmək Qoldmundun yaşadıqlarından yaxşıdırmı?”. Lakin Narsis qəlbindəki azadlıq hissini ikinci dəfə məhv edir, dini və monastırı seçir. Narsisdə , Qoldmundda müdriklik zirvəsinə çatır, Narsis monastırda qalmaqla, elmlə məşğul olub və dünya nemətlərindən imtina etməklə, Qoldmund isə incəsənət və dünyanı müşahidə edib öyrənməklə. Qoldmund heç vaxt analar anası Həvvanın, yəni öz anasının heykəlini heç vaxt yaratmır, onu yalnızca qəlbində danışıyır. O, ölərkən sevincli idi, çünki artıq anasına qovuşurdu. Son sözləri isə Narsis üçün dərin kədər bəxş etdi:

“- Narsis,bəs sən necə ölməyi düşünürsən?Axı sənin anan yoxdur...Anasız sevmək mümkün deyil. Anasız ölmək mümkün deyil.”

MANERA.AZ


Baxış sayı - 1 377 | Yüklənmə tarixi: 21.02.2019 20:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031