manera.az
manera.az

Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi açılıb

📅 31.01.2019 17:53

Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi açılıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

MEK-dən Manera.az-a bildirilib ki, sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir.

Onların sırasında M.Ə.Rəsulzadənin "Məktublar, şəfiçilik", "Azərbaycan şairi Nizami", "Qafqaz türkləri", "Çağımızın Səyavuşu", "Milli Birlik", "Panturanizm. Qafqaz sorunu" əsərləri, eləcə də ona həsr olunmuş "M.Ə.Rəsulzadə", "Cümhuriyyət qurucuları" (Nəsiman Yaqublu), "M.Ə.Rəsulzadə və ana dilimiz" (Mətanət Fərzəliyeva), "M.Ə.Rəsulzadə (1884-1955)" (Aydın Balayev), "İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" (Əlimərdan Bəy Topçubaşov), "M.Ə.Rəsulzadə (biblioqrafiya)" və başqa kitablar yer alıb.

Qeyd edək ki, sərgilənən kitablar Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevralın 8-dək davam edəcək.

MANERA.AZ


Baxış sayı - 748 | Yüklənmə tarixi: 31.01.2019 17:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031