manera.az
manera.az

Nəsimini şair kimi Sovet hökuməti qələmə verib...-Tural İrfan yazır

Nəsimini şair kimi Sovet hökuməti qələmə verib...-Tural İrfan  yazır
Tural İrfan, AMEA nın dissertantı


İmadəddin Nəsimi ili olduğu üçün bu il ərzində umuram ki, onun əsərləri yenidən nəşr edilər. Ustadı Nəiminin əsərləri: "Nəvmnamə"," Məhəbbətnamə", "Cavidannamə" Nəsimi fəlsəfəsini normal tədqiq etmək üçün dilimizə tərcümə olunar., ideya ustadı Mənsur Həllacın "Kitabi Təvasin" i heç olmasa Anadolu türkçəsindən dilimizə uyğunlaşdırılar...

Nəsimi şəxsiyyəti və Nəsimi irsi tam haqqı ilə hələ öyrənilməyib. Ya Sovet ideologiyası dövründən qalma fikirlər təkrarlanıb, ya da alimlik dərəcəsi almaq xatirinə səthi yanaşmalar ortaya qoyulub...

Nəsimi təkcə şair olmayıb, həm də şair olub. Onu yalnız şair kimi qələmə verib şeirləri ilə onun ideyası haqqında qənaətə gəlmək tam yanlışdır. Nəsimi şəxsiyyəti zahirən təzadlı, müəmmalı, batinən isə zəngin və sabitqədəmdir.

Şair Nəsimi haqda fikirlər deyilib, əsərlər yazılıb, ancaq filosof, mütəfəkkir, şeyx, alim, siyasi ideoloq Nəsimi haqda demək olar ki, yazılmayıb, danışılmayıb...

Şeir, tarixilik və müəllif haqda obyektiv qənaətə gəlmək üçün qeyri-ciddi məlumat olduğundan Nəsimi haqda onun və ona isnad edilən qəzəllərlə tamamlayıcı qənaətə gəlmək olmaz. Nəsimini tam araşdırmaq üçün Hələb-Suriya və Osmanlı mətnləri araşdırılmalıdır. Araşdıranlar da təsəvvüf əhli olmalıdır ki, "dadmayan nədir bilməz" prinsipi baxımından onun irfani ruhunu duymuş olsunlar...

İndiyəcən onu " araşdıranların" böyük əksəriyyəti bu prinsiplərdən yan keçib və ya yan keçməyə məcbur olublar.
Nəsimi şair yox, ictimai-siyasi liderdir. Böyük bir kütləni ideyalarına inandırmış, etimad edilən, bir az da ideyalarından qorxulan sufi, o dövrün partiyası hesab olunan təriqət başçısıdır.

Nəsimini şair kimi Sovet hökuməti qələmə verib. Düşünürəm ki, onun dahiliyi, əzəməti layiqincə tədqiq və təsdiq edilməyib.

Ümid edirəm ki, bu il əməlli-başlı bu məsələlərə AMEA və digər aidiyyatı qurumlar diqqət ayıracaqlar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930