manera.az
manera.az

Hədiyyə Şəfaqətin “Qapı” şeirlər kitabı İranda çap olunub

📅 28.12.2018 13:55

Hədiyyə Şəfaqətin “Qapı” şeirlər kitabı İranda çap olunub
Hədiyyə Şəfaqətin “Qapı” şeirlər kitabı İranda - YeniQapı nəşriyyatı tərəfindən çap olunub.

Kitabın Cənubi Azərbaycanın bir çox şəhərlərində satışı nəzərdə tutulur.

Kitab Cənubi Azərbaycan türkcəsinə naşir Ayhan Miyanalı tərəfindən uyğunlaşdırılıb və İran İslam Respublikasının rəsmi icazəsiylə çap edilərək kitab kataloquna daxil edilib.

“Qapı” həmçinin YeniQapı nəşriyyatının müasir Azərbaycan ədəbiyyatının Cənubi Azərbaycanda tanıdılmasıyla bağlı çap olunan ilk kitabdır. Kitabın festivallarda iştirakı və tanıdılması nəzərdə tutulub.

İşlərin gələcəkdə də bu istiqamətdə davam etdiriləcəyi, digər müasir Azərbaycan müəlliflərinin kitablarının ardıcıl çap edilməsi, ədəbi əlaqələrin daha da möhkəmlənməsi məqsədilə müəlliflərin imza günlərinin təşkil olunması və İran türk dilli oxucularıyla görüşlərin keçirilməsi planlaşdırılır və artıq bu istiqamətdə işlərə başlanılıb.

MANERA.AZ


Baxış sayı - 926 | Yüklənmə tarixi: 28.12.2018 13:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930