manera.az
manera.az

3 yazarın kitabı 1 gündə təqdim ediləcək - Ədəbiyyat şənbəsi

📅 12.12.2018 13:04

3 yazarın kitabı 1 gündə təqdim ediləcək - Ədəbiyyat şənbəsi
Ədəbi mühitin dəyərli imzaları Əyyub Qiyasın, Sərdar Aminin, Tural Turanın yeni işıq üzü görmüş kitablarının təqdimatı keçiriləcək.

Manera.az xəbər verir ki, kitabların təqdimatı bir gündə ayrı-ayrı məkanlarda baş tutacaq.

Dekabrın 15-də, saat 12:00-da Əli Kərim adına Poeziya klubunda yazıçı-tərcüməçi Əyyub Qiyasın 50 illik yubiley tədbiri və "Brejnev sağdır" kitabının təqdimatı keçiriləcək.

Dekabrın 15-də, saat 13:00-da Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın yeni işıq üzü görmüş "...Və bütün qaranlıq otaqlar” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. Tədbir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada baş tutacaq.

Dekabrın 15-i, saat 15:00-da Dillər Universitetinin akt zalında yazıçı Sərdar Aminin "Su sərgisi" romanının təqdimatı keçiriləcək.

Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 1 203 | Yüklənmə tarixi: 12.12.2018 13:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930