manera.az
manera.az

"Uzaqlar yaxın olsa..": Təqdimat və imza günü

📅 03.12.2018 11:22

"Uzaqlar yaxın olsa..": Təqdimat və imza günü
Çağdaş Azərbaycan poeziyasının tanınmış şairi Ayaz Arabaçının "Uzaqlar yaxın olsa..." şeirlər kitabının təqdimat və imza günü keçiriləcək.

Təqdimat 8 dekabr 2018-ci il, şənbə günü saat 14:00-da “Kitabevim.az” mağazalar şəbəkəsinin “28 May” filialında baş tutacaq.

Maraqlanan hər kəs dəvətlidir.

***
Ürəyimi girov qoydum sevgiyə,
Üzüdönük mələklərnən oynadım.
Mən nərdimi göz-görəsi zər tutan,
İkiüzlü fələklərnən oynadım.

Yol azanda heç olmadı bələdim,
Öz canımı öz qanıma bələdim,
Adamları nəyi varsa ələdim,
Xəlbirlərlərnən,ələklərnən oynadım..

Bəzəsəm də arzuları sədəfə,
Ulaşmadım gözlədiyim hədəfə,
Düzdə qaldım,düz olmaqdan hər dəfə,
Hiylələrnən-kələklərnən oynadım.

Bağladılar gözlərimi pınartək,
Bilmədilər qiymətimi dinartək,
Yol üstəki bir qocaman çinartək,
Yağışlarnan küləklərnən oynadım..

Ürək qoydum ürəyimin gücünə,
Yaraların özü nədi,öcü,nə..
Yetişmədim durnaların köçünə,
Qopub düşən lələklərnən oynadım...

MANERA.AZ


Baxış sayı - 1 560 | Yüklənmə tarixi: 03.12.2018 11:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031