Sevinc Elsevərin imza günü

Mayın 26-sı saat 15-də yazıçı Sevinc Elsevərin "Çörək rəngli əllər” şeirlər toplusu oxuculara təqdim ediləcək.
MANERA.AZ xəbər verir ki, "XAN” nəşrlərinin "Çağdaş ədəbiyyat” seriyasından çap olunan kitabların təqdimatı "Kitabevim.az” mağazalar şəbəkəsinin 28 May filialında keçiriləcək.
Qeyd edək ki, "Çörək rəngli əllər” kitabı Mövlud Mövludun xatirəsinə ithaf olunub. Kitabın ön sözünün müəllifi tanınmış sənətşünas Aliyə Dadaşovadır.