manera.az
manera.az

Bakıda və Daşkənddə Maqsud Şeyxzadənin 110 illiyi qeyd olunacaq

📅 01.12.2018 14:54

Bakıda və Daşkənddə Maqsud Şeyxzadənin 110 illiyi qeyd olunacaq
Bu il özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin 110 illiyi tamam olur.

Manera.az xəbər verir ki, bu münasibətlə Daşkənd və Bakıda beynəlxalq elmi konfranslar keçiriləcək.

Belə ki, bu il dekabrın 14-də Daşkənddə baş tutacaq tədbir AMM-i Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutu, habelə Şeyxzadənin uzun illər fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı və "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin dəstəyi ilə reallaşacaq.

Konfransda Özbəkistan elminin, ədəbiyyatının tanınmış simaları - akademiklər Naim Kərimov, Baxtiyar Nazarov, ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Hamidulla Hamidi, Hamidulla Boltabayev, Babaxan Şərif və başqaları məruzələrlə çıxış edəcəklər.

Öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan böyük şair və dramaturq Maqsud Şeyxzadənin yubileyi ədibin vətəni Azərbaycanda da geniş qeyd olunacaq.

Dekabrın 20-də Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın "Kaspi" qəzeti və eyni adlı Təhsil Şirkəti ilə birgə təşkil olunacaq yubiley tədbiri Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Tədbirlər çərçivəsində Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş "İki xalqın iftixarı" adlı sənədli film nümayiş etdiriləcək.

Yubileylə əlaqədar Mədəniyyət Mərkəzin layihəsi ilə Daşkənddə çap olunmuş "Özbək şeir çələngi" adlı kitabda Şeyxzadənin "Bir zamanlar", "Bahar yağışı" adlı şeirləri özbək və Azərbaycan dillərində yer alıb. Tədbirlər çərçivəsində bu kitab iştirakçılara təqdim olunacaq.

MANERA.AZ


Baxış sayı - 909 | Yüklənmə tarixi: 01.12.2018 14:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031