manera.az
manera.az

Bakıda Polşa Kino Festivalı açılıb

📅 23.11.2018 21:22

Bakıda Polşa Kino Festivalı açılıb
Bakıda Polşa Kino Festivalı açılıb.

Manera.az xəbər verir ki, açılış mərasimində çıxış edən Polşanın Azərbaycandakı səfiri Marek Tsalka festivalın Bakıda üçüncü dəfə keçirildiyini və yerli publika tərəfindən böyük marağa səbəb olduğunu bildirib.

Səfir vurğulayıb ki, Polşa bu il müstəqilliyinin bərpasının 100 illiyini qeyd edir və buna görə də festivalın təşkilatçıları bu mövzuda olan filmləri təqdim etməyi qərar alıblar.

Festival rejisoor Yeji Hofmanın SSRİ-Polşa müharibəsindəki dönüş olan döyüşdən bəhs edən "Varşava döyüşü. 1920" filmi ilə açılıb.
Bakıda Polşa Kino Festivalı açılıb
Qeyd edək ki, festival noyabrın 28-dək davam edəcək. Festival çərçivəsində "Ədalətli", "Şəhər 44", "Sevgi vergisi" "80 milyon", "Çərçivəni aşaraq", "Gecə söhbətləri" kimi filmlər nümayiş etdiriləcək.

Filmlərin hamısı saat 19:00-da "Rotunda Jazz Hall"da nümayiş olunacaq və giriş pulsuzdur.

MANERA.AZ


Baxış sayı - 1 155 | Yüklənmə tarixi: 23.11.2018 21:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031