manera.az
manera.az

Məmməd Oruc Rusiyada mükafata layiq görülüb

📅 13.11.2018 19:15

Məmməd Oruc Rusiyada mükafata layiq görülüb
4-7 noyabr, 2018-ci il tarixində Rusiyanın Altay diyarının Barnaul şəhərində Ural, Sibir və Volqaboyu yazçıları Assosisiyasının XIX konfransı keçirilib. Bu, Ümumrusiya ədəbi tədbirində ölkəmizi fəxri qonaq qismində Azərbaycan yazıçısı Məmməd Oruc təmsil edib.

Konfransda "Torpaq və Söz: bu müstəvidə Rusiya yazıçılarının yeri və rolu” (məruzəçi Moskva Yazıçılar İttifaqının katibi, professor L.A.Yaqodintseva), həmçinin xaricdə yaşayan rus yazıçıları və vətən ədəbiyyatı (məruzəçi Moskva Yazışılar İttifaqının katibi Z.U.Zvonaryova) kimi mövzular müzakirə olunub.

Konfransın sonuncu günündə Barnaul Tarix və Diyarşünasılıq muzeyində tədbirin yeddi iştirakçısına D.N. Mamin-Sibiryak adına Ümumrusiya Ədəbi mükafatı təqdim edilib.

Təltif edilənlər arasında Azərbaycan yazıçısı Məmməd Oruc da var. Yazıçı bu təltifata uzun illər tərcüməçilik fəaliyyətinə, Rusiya və Azərbaycan ədəbi əlaqlərinin inkişafındakı xidmətlərnə görə layiq görülüb./yarpaq.az/
Məmməd Oruc Rusiyada mükafata layiq görülüb

MANERA.AZ


Baxış sayı - 1 374 | Yüklənmə tarixi: 13.11.2018 19:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031