manera.az
manera.az

Qeyri-formal üsullarla əldə edilmiş bacarıqlara dair KONFRANS

📅 31.10.2018 14:53

Qeyri-formal üsullarla əldə edilmiş  bacarıqlara dair KONFRANS
Oktyabrın 31-də Bakıda Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda konfrans keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə bağlı beynəlxalq təcrübənin və hazırlanacaq normativ sənədlərlə əlaqədar birgə müzakirələrin aparılmasıdır.

Tədbirdə Azərbaycanın təhsil naziri Ceyhun Bayramov peşə təhsilinin inkişafı sahəsində ölkəmizdə görülən işlərdən danışıb. Nazir peşə təhsilinin ölkəmizin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğunu vurğulayıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadiyyatda müasir meyillərin peşə təhsili qarşısında yeni tələblər qoyduğunu və əmək bazarında rəqabətədavamlı ixtisaslı kadrlara tələbatın artdığını qeyd edib.

Qeyri-formal üsullarla əldə edilmiş  bacarıqlara dair KONFRANS

BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Qulam İsaqzai peşə təhsili sahəsində həyata keçirilən layihələrdən və onların əhəmiyyətindən bəhs edib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.


Baxış sayı - 1 646 | Yüklənmə tarixi: 31.10.2018 14:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031