manera.az
manera.az

Uraqan "Hərbdən qeydlər" kitabını təqdim edəcək

📅 22.10.2018 13:46

Uraqan "Hərbdən qeydlər" kitabını təqdim edəcək
Oktyabrın 28-də, saat 15:30-dan 18:00-a qədər "Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında gənc yazar Uraqanın (Emin Abdullayev) ilk kitabı "Hərbdən qeydlər" kitabının təqdimatı olacaq.

"XAN" Nəşriyyatında çap olunan kitabda Uraqan Eminin hərbi xidmətdə yazmış olduğu fəlsəfi düşüncələri, hekayə və məqalələri yer alıb. Cəmiyyətimizdə qaranlıq qalmış bir çox problemlərə toxunulub, həmin situasiyaların həll yolları təklif olunub.

Maraqlanan hər kəs imza günündə iştirak edə bilər.

Nəzərinizə çatdıraq ki, əldə etdiyiniz kitabın içindəki Əlfəcin sizə İmza günündə 20 Manat dəyərində hədiyyə kartı qazandıra bilər ki, bununla da siz "kitabevim.az" mağazalarından 20 manata qədər alış veriş edib istədiyiniz kitaba sahib ola biləsiniz./avanqard.net/

MANERA.AZ


Baxış sayı - 1 495 | Yüklənmə tarixi: 22.10.2018 13:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930