manera.az
manera.az

Ədəbi cameəni bürüyən yeni trend: Hər yer ədəbiyyat

📅 19.10.2018 14:17

Ədəbi cameəni bürüyən yeni trend: Hər yer ədəbiyyat
Bir çox yazıçı-şair, jurnalist və s. tanınmışlar sosial şəbəkələrdə yeni trend başladıblar.

Manera.az xəbər verir ki, “#heryeredebiyyat” həştəqi ilə paylaşılan status və videolarda müəlliflər insanları çağdaş ədəbiyyatı oxumağa çağırır.

Kampaniyanın mətni belədir: “Ədəbiyyat həyatdan maraqlıdır. Müasir yazarlar sizin üçün yeni bir dünya yaradıb. Həyatınızı dəyişmək istəyirsinizsə, sizi bu dünyaya dəvət edirik”.
Ədəbi cameəni bürüyən yeni trend: Hər yer ədəbiyyat
Kampaniya üzvlərinin sözlərinə görə, aksiyanı keçirməkdə məqsəd kitabdan uzaq düşmüş şəxslərdə çağdaş ədəbiyyata maraq yaratmaqdır. Onlar bildirib ki, bu, kampaniyanın sadəcə bir hissəsidir, onlar daha fərqli video və şüarlara start verəcəklər.

Zaman, məkan fərq etmədən hər kəs ədəbiyyatla bağlı fikirlərini söyləyir və bu layihəyə öz dəstəyini göstərir.

Ədəbiyyatı həyatdan maraqlı hesab edənlər gənclərin kampaniyasını bəyəndiklərini bildirir, rəylər, şərhlər yazırlar.


Baxış sayı - 1 585 | Yüklənmə tarixi: 19.10.2018 14:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031