manera.az
manera.az

Gənc yazıçılara dəstək: “İlk kitab”

📅 31.01.2018 15:33

Gənc yazıçılara dəstək: “İlk kitab”
“XAN” nəşriyyatı “Xatirə ədəbiyyatı”, “Milli ədəbiyyat”, “Çağdaş ədəbiyyat” və “Tərcümə ədəbiyyatı” seriyalarından sonra yeni kitab silsiləsini təsis edib.

Nəşriyyatdan MANERA.AZ-a bildirilib ki, “İlk kitab” adlanan seriya kitabı nəşr olunmamış gənc yazarlara dəstək üçün yaradılıb. Layihənin məqsədi yerli ədəbi mühitdə canlanma yaratmaq, istedadlı gəncləri oxucularla görüşdürməkdir.

“İlk kitab” seriyası ədəbi mətbuatda əsərləri müntəzəm dərc edilmiş, bəlli oxucu kütləsi toplamış qələm sahiblərinin debüt kitabının nəşrini, tanıdılmasını və yayılmasını həyata keçirəcək.

Nəşriyyat, müəllif tərəfindən “İlk kitab” seriyası üçün təqdim olunan əsərə maksimum 1 ay müddətində baxıb nəşr edib-etməyəcəyi haqqında məlumat verir. Müəlliflər “İlk kitab” seriyasına təqdim edəcəyi əsərləri printerdə çap olunmuş variantda, tərcümeyi-hal və şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə nəşriyyata təqdim etməlidir.


Baxış sayı - 1 351 | Yüklənmə tarixi: 31.01.2018 15:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031