manera.az
manera.az

“Xalq mahnıları festivalı” keçirilib

“Xalq mahnıları festivalı” keçirilib
Azərbaycanda ilk dəfə olaraq, Azərbaycan Milli Konservatoriyasında (AMK) "Mədəniyyət” kanalının layihəsi olan "Xalq mahnıları festivalı” keçirilib.

Manera.az xəbər verir ki, oktyabrın 13-də başa çatan festivalın ilk günündə Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyanaq və Gülyaz Məmmədovalar, Simarə İmanova, Zabit Nəbizadə, Əməkdar artistlər Babək Niftəliyev, Təyyar Bayramov, Ehtiram Hüseynov və başqaları çıxış ediblər.

Festivalın sonuncu günü isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında Əməkdar artist Ramil Qasımovun və Niyazi adına Simfonik Orkestrin ifaları ilə sona yetib.

Bağlanış mərasimində "Küçələrə su səpmişəm”, "Bəri bax”, "Ay qız, getmə, amandı”, "Xumar oldum”, "Qaragilə”, "Laçın”, "Qalalı” kimi məşhur xalq mahnılarımız səsləndirilib.

Qeyd edək ki, festivalda məşhur musiqiçilərlə yanaşı, gəncifaçılar da çıxış edib. "Xalq Mahnıları Festivalı”nın tamaşaçıları trio və televiziyanın "Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanıblar. Bu xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun, Azərbaycan Xor Kapellasının ifasında səslənib. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaları da səsləndirilib.

Onu da bildirək ki, festival "Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930