manera.az
manera.az

“Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb

📅 08.10.2018 17:35

“Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb
Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, "Şərq-Qərb” nəşriyyatında çap edilmiş kitabın müəllifləri akademik Nizami Cəfərov, Samirə Mərdanova və Aysel Qəriblidir.

Kitabda Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə gördükləri işlərin məram və məqsədləri təhlil edilib həm nəzəri, həm də praktik baxımdan ümumiləşdirilir.

Nitq mədəniyyətinin linqvostilistik prinsipləri barədə geniş məlumat verilən kitabda müasir Azərbaycan ədəbi dilinin yüksək mədəni inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaradılır.

Xüsusi olaraq göstərilir ki, inkişafın əsasında ölkədə həyata keçirilən mükəmməl dövlət dil siyasəti dayanır və bu siyasətin əsaslarını ulu öndər Heydər Əliyev müəyyən edib.

Kitab alim və mütəxəssislərlə yanaşı, geniş ictimaiyyət üçün də nəzərdə tutulub.


Baxış sayı - 1 648 | Yüklənmə tarixi: 08.10.2018 17:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031