manera.az
manera.az

Ağa Musa Nağıyev barədə yeni kitab çap olunub

📅 07.10.2018 19:31

Ağa Musa Nağıyev barədə yeni kitab çap olunub
Azərbaycanın məşhur milyonçusu Ağa Musa Nağıyevin nəvəsi, tədqiqatçı Dilarə Ağamusanın "Hər ömür bir tamaşa” adlı kitabı çap olunub.

Manera.az xəbər verir ki, Dilarə Ağamusanın kitabında yeni faktlar var.

Bu əsərdə Ümmülbanu (Banin), İsmayıl və Fərəc Nağıyevlər, Murtuza Muxtarov, Züleyxa Əsədullayeva, Yelizaveta Qriqoryevna, Xədicə Əsədullayeva-Nağıyeva, Murad Nağıyev, Liza Muxtarova və başqaları haqqında maraqlı materiallar, sənədlər və faktlar yer alıb.

Kitabda dövrün hadisələrinə xüsusi diqqət ayrılıb.

Əsər gənclərə vətənpərvərlik duyğularının aşılanması və tarixi şəxsiyyətlərimizin daha ətraflı tanıdılması baxımından çox əhəmiyyətlidir.

"Elm” nəşriyyatı tərəfindən çap olunan kitabın baş məsləhətçiləri professorlar Asif Rüstəmli və Əsədulla Qurbanovdur.


Baxış sayı - 1 813 | Yüklənmə tarixi: 07.10.2018 19:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930