manera.az
manera.az

“Azərbaycan kitablarının Türkiyədə yüksəlişi”

📅 24.07.2018 12:11

“Azərbaycan kitablarının Türkiyədə yüksəlişi”
Azərbaycan kitabları Türkiyədə təbliğ edilir

Türkiyənin 400 min tirajla çap olunan “Sabah” qəzeti iyul ayının kitab əlavəsində “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı məlumat dərc edib.

Məlumatdan qeyd edilir ki, Mədəniyyət Nazirliyi və Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” şirkətinin birgə əməkdaşlığı ilə “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində şirkət tərəfindən 20 ay ərzində 13 ədəbi əsər və 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200 minədək oxucuya çatdırılıb.

Mədəniyyət Nazirliyindən -a bildirilib ki, layihənin Türkiyədə icrasına məsul olan şirkətin əsas məqsədi Azərbaycan yazarlarını və onların yaratdığı ədəbi-bədii əsərləri bu ölkədə tanıtmaqla iki ölkə xalqının tarixi və mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdir. Bunun üçün əsas hədəf beş il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır.

Qeyd edək ki, böyük sayda kitabsevərlər tərəfindən izlənilən “Sabah” qəzetinin kitab əlavəsi oxuculara kitab seçimində köməklik göstərilməsi və çap olunan yeni nəşrlər barədə məlumat verilməsi məqsədilə ayda bir dəfə çap olunur.


Baxış sayı - 1 163 | Yüklənmə tarixi: 24.07.2018 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031