manera.az
manera.az

Əhməd Cavada həsr edilmiş kitablar təqdim ediləcək

📅 28.06.2018 17:05

Əhməd Cavada həsr edilmiş kitablar təqdim ediləcək
İyunun 29-da Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Sevinc Ədalətqızının “İstiqlal abidəsi Əhməd Cavad”, “Fırtınalı ömür”, “Cavad və Şükriyyə dastanı”, “Əhməd Cavad haqqında xatirələr”, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi “İstiqlal eşqiylə yanan ürəklər” kitablarının təqdimat mərasimi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, kitablarda Əhməd Cavadın keşməkeşli yaradıcılığı haqqında indiyədək görkəmli ziyalılar tərəfindən qələmə alınmış məqalələr, ona ithaf edilmiş şeirlər, şairin doğmalarının xatirələri yer alıb. Tədbirdə elm, təhsil, mədəniyyət xadimləri və Əhməd Cavadın nəvələri Anar və Vüsalə Axundzadələr, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.


Baxış sayı - 1 670 | Yüklənmə tarixi: 28.06.2018 17:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031