manera.az
manera.az

Detektiv əsərlərin müəllifi ilə görüş

📅 23.02.2018 14:19

Detektiv əsərlərin müəllifi ilə görüş
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, kitabxananın direktoru Tahir Sadıqov Elxan Elatlının detektiv janrda yazdığı romanlar, hekayə və povestlərin maraqla oxunduğunu və bu əsərlərin hər birinin ayrı-ayrılıqda böyük tərbiyəvi əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə çıxış edən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov 2016-2017-ci ilin ən çox oxunan yazıçısına uğurlar arzulayıb. O, Elxan Elatlının indiyədək işıq üzü görən 25 kitabından 4-nün şeir, 2-sinin riyazi məntiq, birinin qəhrəmanlıq romanı, qalanlarının isə detektiv nəsr əsərləri olduğunu bildirib.

"Yeni nəşrlər” jurnalının baş redaktoru Yaşar Zeynalov Elxan Elatlının "Cəhənnəmdən gələn səs” və "Qisas gecəsi” əsərlərində Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş həmyerlilərimizin və Milli Qəhrəman Mübariz İbrahimovun taleyindən bəhs edildiyini söyləyib.

Sonda Elxan Elatlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


Baxış sayı - 1 702 | Yüklənmə tarixi: 23.02.2018 14:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031