manera.az
manera.az

Paytaxt məktəblisi ən yaxşı layihə müəllifi seçilib

📅 21.02.2018 13:29

Paytaxt məktəblisi ən yaxşı layihə müəllifi seçilib
“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması üzrə ən yaxşı layihə müəllifi seçilib.

Qalib məktəblimizə diplom, medal və pul mükafatı təqdim olunub.

Məhəmməd Hacıyev bu ilin may ayında ABŞ-da keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “İnnovativ Külək Turbinləri” layihəsi ilə iştirak edəcək.

Qeyd edək ki, “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin keçirilməsində əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdən ibarətdir.


Baxış sayı - 1 178 | Yüklənmə tarixi: 21.02.2018 13:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930