Manera az saytı yazar, publisist, şairə İradə Əlilinin şeirlərini təqdim edir:
NÖQTƏLƏR...
Nöqtələr
çox zaman qərar verə bilməyəcəyin
düşüncələrin cizgisidir
Bir, iki, üç .... Və düşüncələrinə yazırsan ,
yadına yazırsan bu nöqtələri.
Nöqtələrdən çəkilmiş ağlı-qaralı bir tablo yaranır gözlərinin önündə.
İllərdən yığılmış bu qərarsızlığını sözlə ifadə edə bilmirsən !!!
Bəlkə də ifadə edəcək sözü tapmaq sənə çətin olur ,
bəlkə də tapa bilmirsən , bəlkə də bilərsən, amma yazmaq istəmirsən....
Və,bu nöqtələr sənə pianonun ağ və qara dillərini xatırladır.
Toxunsan layla dolu bir həzin nəğməyə çevriləcək..
.İntizar dolu həzin nəğməyə....
GÜLÜŞLƏRİMDƏ GİZLƏNDİM
İçimi yandıran qüssə ilə
bəzən göz yaşlarımda,
bəzən gülüşlərimdə gizləndim.
Amma səndən gizlənə bilmədim.
Hara getdimsə, harda oldumsa gözlərini gördüm.
Kölgəni hiss etdim.
Bilirsənmi,
sənin yoxluqunu mənə ilk xatırladan göz yaşlarım oldu.
O göz yaşları ki gözlərimdən bir başa qəlbimə yol aldı
dolanbac çığırlar ilə.
Alnımın qırışında oxunan və oxunmayan izlər,
gözlərimin giləsindən boylanan qürur dolu iradəm,
ürəyimin başını göynədən kövrək həsrət,
leysan göz yaşlarına dönüb buzlaşdılar,
daşlaşdılar...
Gözlərdən axan yaş qəlbə axır deyirlər
amma, çox zaman o göz yaşları
göz bulağından qəlb evinə gedənə kimi quruyar...
Bunu unutma...
YARIDA QALDI
Qaranlıq otaq,
divarların kölgəsi,
bir qələmim bir də yarası qaysaq bağlamayan ürəyim.
Bir anlıq nə yazacağımı unutdum.
Düşüncələrin girdabında çək -çevir edirdi fikirlərim.
Nədən başlayım, hisslərimi necə ağ vərəqlərə təslim edim, necə!
Sanki unutmuşdum həyatda varlığımı,
Necə nəfəs aldığımı da hiss etmirdim.
Bir ürəyimin çox sürətlə döyündüyünü,
tələsdiyini hiss edirdim.
Ancaq yazmaq istəyirdim
içimi yandıran pərişanlığımdan,
daha nələrdən, nələrdən...
Gözlərim masamın üstündə bir parça kağıza
tələsik yazdığım yarımçıq qalmış bir yazıma sataşdı
vənəzərlərim o,yazıya dikildi. Vəfikirlərim tezliklə
cümlələrə çevrildi. Hər bir şey yarımçıq oldu
,amma,yenə yarıda qaldı,
bütöv olan bir ürəyim,.. bir adım oldu.
Bənövşə ömrünə bənzətdim ömrümü,
boynu bükük bənövşə ömürünə...
Xoşbəxtliyə gedən yollarda azıb qaldım.
Demə o
yolların yolçusu olmaq Tanrı hədiyyəsi imiş.
Bəlkə bu hədiyyəyə gec qaldım vəya da heç nəsibim olmadı....
Bir sükunət məni alıb dünyadan aparır.
Qaranlıq otaq, divarların kölgəsi,
bir də yarası qaysaq bağlamayan,daman,titrək ürəyim və mən.
SƏHVLƏRİMLƏ SEV MƏNİ
Səhvlərimlə sev məni.
Sən gözlərində gizlətdiyin istiliyi,
mənsə ürəyimdə gizlətdiyim alovu
sevdamızın ömrünə pay edək.
Bu sevda, həyatımızın sonunadək bələdçimiz olsun.
Bu istilik, bu alov ömrümüzə bahar nəfəsi gətirsin,
ruhumuza səpələnsin.
Səhvlərimlə sev məni.
Qovuşan yollarımız mələklərin könlündən keçsin.
Sevdamızı mələklər qorusun.
Səhvlərimlə sev...sev məni!
YADIMA DÜŞÜRSƏN
Ən çox səmanın gözlərinin doluxsunub
ağlamağa hazır olduğu zaman yadıma düşürsən.
Süzən damlalar asta – asta yerə düşdükcə,
xatirələr biri-birinin ardınca düşüncələrimdə
sıralandıqca yadıma düşürsən, düşürsən yadıma...
Bu yağmurlu havada,könlüm sinəmdə qərar tutmur,
xəyallarda uçur, ruhum canımı sıxır və içimdəki dillənəsi lal suallar nə dinir
, nə tükənir... Özüm-özümlə dolanıram
cavabsız sualların içində, vəsonda yoruluram...
Yağmurlu günlərin birində
“ Bu mənəm, sənin üçün gəlmişəm, səni heç kimsəyə vermərəm” demişdin.
O yağmurlu gündə də gözlərimizdən axan
bir damla yaşla kipriklərimiz yuyundu və bu vüsal yaşıyla sevdamız paklandı, ülviləşdi...
Vəillər keçdi,
belə yağmurlu günlərin birində də “Nə olar,danlama məni,sus,ürəyimi eşidə bilmirəm.
Bəlkə də bu sevgi ömrümüzə çox gecikib”- söyləmişdin.
Göyüzü dolumsunub, həzin –həzin yağış yağır.
Buludlar göydə öz kədərinə ağlayır, yerdə mən öz taleyimə...
Özüm də yağışa dönürəm,yağış yağanda.
Sönüklük verir, hüzün verir mənə xatirə dolu hər damla.
Yanaqlarımı döyəcləyən hər damla göz yaşımın yanaqlarımda açdığı cığıra qarışıb ürəyimə yol alır.
Və görən hər kəs yanaqlarımdan süzülən yağmur selini yağış damlaları bilir?...
Qoy elə də bilsinlər!
Bu göz yaşları o yağışlı gündə axan
bir damla göz yaşından çox fərqlidir.
Biri vüsal dolu göz yaşları,
o birisi isə hicranı üşüdən...!
Yağışlar mənə nisgili sevdirdi,
mənsə sən yüklü həsrəti sevdim,
səni sevdim, arzuladım hər zaman.
Sənsəməni tərk etməmişdin ki...
BU GECƏ ANAM QONAQ GƏLMIŞDI!
Bu gecə yuxuma anam qonaq gəlmişdi.
Eyni ilə neçə illər oncə, gerçəkdə olduğu kimi gəlmişdi mənə,
yanıma gəlmişdi. Gəlmişdi yuxuma anam səhərin–sabahın toranlığında.
Elə bil heç yuxu deyildi, həyat idi, gerçək idi...
Əyninə hər zaman sevdiyi füruzə rəngli paltarı,
başında isə qara bənzər ağ ipək saçlarını örtüyü sürməyi rəngli ləyçəyi.
Hər zamanki kimi saçlarını alnından arxaya edib, görünməz edirdi.
Bənizi Bahar günəşı kimi nurlu idi, gözlərində sevgi axırdı.
Amma susurdu, danışmırdı,
sev-diyim dizlərinə qoyduğum saçlarıma sakit–sakit tumar çəkirdi,
gözləri danışırdı,...ancaq gözləri.
Danışmaq istəyirdim anamla olanlardan,
olacaqlardan, taleyimin fəsil¬lərə bölünməsindən,
haçalanmış arzularımdan, uğurum¬dan,
sevincimdən, paylaşdığım və barışdığım hər şeydən,
hər şeydən.
Susan dodaqlarında,baxıb-baxıb unutdum özümü,
sonsuz xəyala daldım.
Könlüm yarpaq kimi əsdi.
Yuxudan oyanmaq qorxusu həyəcana saldı məni...
Öm¬rümün sonuna kimi qalmaq istəyirdim bu yuxumda.
Oyanmaq istəmirdim!
Mən də anama bir söz söyləmək istəyirdim
, içimdə qışqırırdım, haray qoparırdım
amma səsimi ona duyura bilmirdim ki, bilmirdim...
Səsim anama çatmırdı...
Nəhayət, anamın sevgi ilə
gülümsəyən dodaqlarına baxıb
gücümü toplayıb çox astadan,
yavaşcadan söylədim:-
Ana,sənsiz çox darıxmışam,
lap çox darıxmı¬şam!!!
Mənə elə gəldi ki,
anam da mənə həmin o andaca
“balam sənsiz çox darıxmışam” söylədi.
Bu dəm yastığıma süzülən
, bahar selinə dönən göz yaşları məni
bu şirin röyamdan oyatdı...
Saxlaya bilmədim əziz qonağı.
BAHAR GƏLMƏDİ BAĞRI YARALI QARABAĞIMA...
Seyr etdikcə ağacların necə tumurcuqlanıb canlanmasını,
körpə budaqların pöhrələnməsini könlüm həzin bir lay-lay çalırdı.
O lay-layı könlüm eşidirdi, yalnız könlüm.
Gözlərim dolsada yaşıllığa bürünmüş ətrafı həyəcanla seyr edirdim.
Elə bir həyəcanla ki, yuxusu diksinib qaçan yuxusu diksinib
qaçan illərlə xəstəliyə düçar olan bir
yorğun insanın yuxu həsrətli gözləri kimi..
.Ağacların tumurcuqları məni çox kövrəldirdi, çox...
Bu yazın da gəlişi qəlbimin kövrək telinə toxunmuşdu
. Elə bu yaz buludları kimi də doldum,
doluxsunub yağmura çevrildim.
Elə bu düşüncələrimlə də danışırmış kimi
özüm-özümə verdiyim suallarımı cavablandırmağa
hövsələsiz oldum.
Cavabımın da suallarla
cavablandıracağıma içimdə həyəcanım var idi.
Taleyinə qəriblik,
ağrı-acı yazılan
obama-elimə Bahar gəldimi ?
Dağların enişində-
yoxuşunda bənövşələr açdımı?
Çaylar, bulaqlar sevgi
nəğməsi ilə axdımı, çağladımı, coşdumu?
Küləklər dərələrin,
düzlərin yanaqlarını oxşadımı?
Yox, qərib elimə-obama
Bahar gəlməz, dağlarında boynu bükük
bənövşə görünməz, bulaqları çağlamaz,
küləkləri əsməz! Bahar gəlməz!...
Bu astadan söylədiklərim əsən Bahar
yelinə qarışa-qarışa ətrafa yayıldı.
Ama onu mən tək özüm eşitidm.
Gözlərimdə gizlənən yaş seli bir
anlıq işıqlı dünyama qaranlıq şökdürdü
və düşüncələrimdə çox- çox uzaqlara dikildi gözlərim,
çox uzaqlara...
YETİŞMƏYƏN MƏKTUBUM
Çisginli,dumanli, ayazlı bir qış axşamı
sənə bir məktub yazdım.O məktubda sənə olan
nə incikliyimdən nə küsgünlüyümdən
nədə pərişanlığıdan bir kəlmə belə yazmadım.
O məktubla isinmişdi üşüyən gözlərimin
bulağında nigaran olan, nigaran qalan bir damlam.
Yazmışdım sənə , təşəkkür edirəm əzizim sevgin üçün,
sevda dolu baxışların üçün,kövrək duyğularımçün.
Təşəkkür edirəm dünyamı sevginlə sevdiyim üçün,
mehriban təbəssümün , gözəl anlarım üçün,
mənə gözəl baxmış gözlərinçün...
Təşəkkür edirəm sevməyi mənə öyrətdiyin üçün...
Məni sevdiyin üçün təşəkkür edirəm. Çisginli,dumanli,
ayazlı bir qış axşamı sənə bir məktub yazdım.
Sənə yetişməyəcək o məktubda sənə olan
nə incikliyimdən nə küsgünlüyümdən
nədə pərişanlığıdan bir kəlmə belə yazmadım.
Sənə yetişməyəcək o məktubu sən heç
bir zaman oxumayacaqsan və
səni bağışlamış olduğumadan
xəbərin belə olmayacaq əzizim olmayacaq!!!
**
İNDİ GÖRDÜM GÖZLƏRİNİN SÖZÜNÜ
Bu gün yenədə xatirələrim covlan etdi.
Niyə, nədən belə oldu… !
Niyə axı suallar məni rahat buraxmır…
Hər zaman ürəyim keçmişlərə yükləndiyində ,
könülsüz özümə təskinlik verdiyimdə,
çiyinlərimi sən adlı bir həsrət yükü çökdürdüyündə
gözlərim dolabın resmlərin olan səmtinə yönələrdi.
Dikilərdi baxışlarım o səmtə və sonda yorulardı…
Və beləcə üzüntümü göz yaşalarıma təslim edərək
könülsüz ürəyimə təskinlik verərdim!
Rəsmlərini uzaqdan –uzağa gözlərimin xatirəsindən keçirdərdim.
Amma bu gün dolabın bir küncündə
ötən illərin əmanəti olan qalaq-qalaq rəsmlərini götürdüm
və dizlərimin üzərinə qoydum, fikrə daldım…
Bir daha yerinə qaytarmayacağıma israrlı idim.
Özü tərk etmişsə rəsmləri nədən mənə təskinlik versin axı!
Əvəz etməyəcək , etməyəcək axı, deyə ürəyimdə çək-çevir etdim.
Dizlərim üstündə olan göz yaşlarımdan islanmış rəsmlərini
bir göz qırpımında qəzəblə param –parça etdim,
sanki bu rəsmlər idi günahkar, bu rəsmlər idi yalançı…
Açığımı, kinimi bu kağız parçalarından çıxırdım
.Yenə də sakitləşə bilimirdim…
Parçalanmış pəsmlərinin topası bir zaman
başını qoyduğun dizlərimə bir dünya yük oldu.
Bu yükün ağırlığında kiçildim ,
kiçildim sonda rəngsiz, adsız kölgənə çevrildim.
Birdən, parçalanmış rəsmlərinin içərisində gözlərini gördüm.
Yalan, məkr, xəyanət dolu gözlər. İndi gördüm gözlərinin sözünü, indi…
**
SƏN ELƏ BİR GÜNDƏ GƏRƏYİM OLDUN
Həyat yormuşdu məni.
Qaçmaq istə¬yirdim hər şeydən.
Bu dünyadan qopub öz kicicik dünyamda
qalmaq istəyirdim.Nə edim, ürəyimlə bacarmadım,
sənin qəlbinin ha¬rayı kövrəltdi məni.
Harayını duyğularımın səsində axtardım!
O duyğularımı imtahan etdim, hisslərimi sınağa çəkdim.
Ürəyimdəki əndi¬şəli səsinə qulaq vedim,
əzabların ənginliklərində dolaşan gözlərimlə
könül evimi nəzərdən keçirtdim, yoxladım,
axtardım hey axtar¬dım...
Və sənin əksinin nəvazişin izindən başqa,
bir də orada şıltaq sevda gördüm, şıltaq sevda...
Sən elə bir gündə gərəyim oldun ki,
ürəyimin payız çağlarında qış duyğulu fikirlər tüğyan edirdi,
ümidlərim qırılıb, arzularım tükənmişdir,
könül evim yıxılmışdır.
Yanaqlarıma, saçlarıma sığal çəkən nəfsinin ətri,
istiliyi məni özümə qaytardı, səni isə, mənə bağışladı.
Özünə çağrışın, səsləməyin azdığım
qatı nifrət dumanlığından aydınlığa çıxartdı məni!
Şıltaq, dəlisov dalğalara bənzər məhəbbətinlə
həyatıma bahar gətirmısən! Baharına qurban, sevgilim.
Sən özündə bilmədən həyat həqiqətim oldun!
Bir bilsən səni nə qədər çox sevirəm!.
Hərdən düşünürəm ki,
səni bu qədər sevdiyimi duysan
bəlkədə qısqanarsan özün- özünü…
Gözümün arzusu,istəyi bir səninlə sevindi,
səninlə güldü.Sən elə bir gündə gərəyim oldun ki...
Dalğalar dənizə,
qürub çağı günəşə yaraşıq verdiyi kimi
sənin bahar nəfəsli məhəbbətin mənim ömrümə yaraşığdır..
**
BU HƏMİN MƏKAN, HƏMİN YER
Bu həmin yer, bu həmin məkan
. Bu dərdləşdiyimiz, baş-başa qaldığımız
həmin ağacın kölgəsi.
Dəyişik olan, zaman və bir də fəsil.
O vaxt bahar idi, indi isə payız...
Unutdum, birdə sənin nəfəsin var idi o zaman.
Bu həmin yer... bu həmin məkan.
Fikirlərimdə dağıntı, nigarançılıq...
Bilirsənmi, gözlərimə köçmüsən ömürlük,
hara baxıramsa səni görürəm.
Yalnız səni! Səsin qulaqlarımda
, əllərinin hərarəti, isitiliyi ürəyimdə.
Baharın hər gəlişi səni mənə daha çox xatırladır.
Səni anıram.
Gizli –gizli içimdə sənsizliyimlə üşüyürəm,
narahat hisslərimlə yanıram.
Bu həmin yer... Həmin məkan!
Sinəm odlu səhra oldu, gözlərim dərya.
Yetişməyən harayım-hayım oldun.
Axı niyə həsrətin kövrəyi ,
könül əzən xatirələr mənim tale payıma düşüb.
Axı niyə! Düşüncələrimin girdabında,ürəyimdə
sənə heç zaman yetişməyəcək məktub yazarkən,
saçlarıma bir toxunuş hiss edirəm, elə bilirəm ki,
saçlarıma sığal çəkən sənin soyuq əllərindir.
Və həmin andaca məni uzaqlara aparan düçüncələrimdən ayrılıram
. Ətrafıma baxıram, bir kimsə yox, yenə də tənhalığımla qol-boyun oluram
.Uzaq düşmüş xatirələrlə kövrəlirəm.
Saçalarıma düşən gümüşü telləri görürəm.
Zəyif mehə bənd olan,
budağından ayrılmaq istəməyən
saralmış yarpaqların enişindən yaranan
mehin saçlarıma sığal çəkməsi bu həmin
məkanda ,həmin bu yerdə məni uzaqlara ,
çox uzaqlara, ruhumun səbrimlə
baş-başa qaldığı məkana aparır .
Səsnsiz keçən illərim yarpaq-yarpaq,
ömrümdən düşür və,o anlarsız zaman,
necə də tez ötüşür!Ah! İllər necə ötüşür .
Seni unutmadiqimi
sensiz nece xiffət cəkdiyimi sən də bilməyəcəksən
və bundan xəbəri olmayacaq heç bir kəsin!
Bu həmin yer, bu həmin məkan.
Dəyişik olan zaman, fəsil və birdə sənin payız nəfəsin!
MÖHTƏŞƏM ƏSƏRİM “ANA”.
Baharı çox sevərdin.
Novruz bayramına daha çox sevgi və dəyər verərdin.
Kiçik yaşlarından ata-ananı itirsəndə onların sevgisindən
uzaq düşsəndə heç zaman ətrafında olan insanlara incik olmazdın.
Sevərdin onları, sevərdin insanlığı.
Övladlarını özünə ata, ana bilərdin.
Həyatda varım övladlarımdır, deyərdin.
Bir onu da deyərdinki,
mələk üzlü anam-Allah mənə övlad acısı göstəməsin.
Övladlarımın çiyinlərində son mənzilə gedim...
Ata, ana həsrətini, yaşamadığın uşaqlığın üçün üzüntünü
ürəyindəcə boğardın, saxlayardın, göstəməzdin bizə...
Tək olanda xiffətini Tanrıya dualarında paylaşardın
. Anam mənim! Könlümün möhtəşəm əsəri!
MANERA AZ
Baxış sayı - 1 674 |
Yüklənmə tarixi: 15.01.2018 11:34