manera.az
manera.az

Beynəlxalq festivalda təmsil olunuruq

📅 12.01.2018 09:30

Beynəlxalq festivalda təmsil olunuruq
Bu gündən etibarən ABŞ-ın Nyu-York şəhərində “Bronx World Cinema” adlı film festivalına start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən Manera.az–a bildirilib ki, yanvarın 14-dək davam edəcək müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun “Debüt” studiyasında lentə aldığı “Eliza” filmi təmsil edəcək.

Bədii rəhbəri kinorejissor, Xalq Artisti Eldar Quliyev olan ekran əsərinin ssenari müəllifi Yelena Andreyeva, operatoru Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı Elşən Bağırovdur. Filmdə Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan “Bronx World Cinema” festivalı dünya kinosunun təbliğinə xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada təqdim etmək festivalın əsas məqsədlərindəndir.


Baxış sayı - 1 158 | Yüklənmə tarixi: 12.01.2018 09:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930