"Mövzu məni tutanda gecəni-gündüzə qatıram"...- Əli Kərim

Əli Kərim cəmi 38 il ömür sürdü. Yazmaq istədiklərinin çoxusunu yaza, demək istədiklərinin çoxunu deyə bilmədi. Həm qısa ömür, həm də acınacaqlı həyat, maddi
sıxıntılar ona bu imkanı vermədi. Üstəlik, ömrünün son illərindəki xəstəlik...
Televiziya, radio və mətbuata ömrünün son illərində bir o qədər də meyill olmadı. Özünü tamamilə bədii yaradıcılığa həsr etdi.
O poeziya və nəsrdə kifayət qədər yazıb-yaratsa da, yenə də yaradıcılığında kəmiyyət baxımından çatışmazlıqlar qaldı.
Onun azsaylı müsahibələrindən biri də düz 49 il bundan əvvələ aiddir. Şair “Ulduz” jurnalına verilmiş müsahibəsində (- 2, 1968) ədəbiyyat və yaradıcı insanla bağlı görüşlərini əks etdirir.
MANERA.AZ yarım əsr yaşı olan həmin müsahibəni təqdim edir:
-Keçən yaradıçılıq ilinizdən razısınızmı? Keçən il nə- zərdə tutduğunuz hansı əsəri yazmadınız? Və niyə?
-Nisbətən. Xeylan iş görmüşəm. Neyrofizioloqların hə- yatından pyes yazmışam. Bir sıra şeir çap etdirmiş və poema qurtarmışam. Bəlkə də Leninə həsr olunuş radiopyesimi dinlə- yəniniz olub. Bundan əlavə telepyes yazmışam ki, o da hazırlanmaqdadır. Bunların hamısından çox məni sevindirən sizin jurnal üçün nəzərdə tutduğum gənclik haqqında yazıb qurtardığım povestdir. Mənim aləmimdə yazılmayan yazılandan daha çox olur. Arzu həqiqətdən sürətlidir. Bir də ki, sizə sadaladıqlarımın bəziləri irəliyə “növbəsiz” keçmiş yazılardır. “Növbəsizlər” yenə də aman verməyəcəklər. Əvvəlcədən nə deyim?
-Sizin zənninizcə dövrümüzün hansı problemi ədəbiyyatımızda öz əksini daha çox tapmalıdır?
-Məncə, humanizm desəm, təkrar yox, təkrir olar. Bizim sürətli və eyni zamanda orta əsrləri toya getməli edə biləcək dəhşətlər doğurmağa qadir olan əsrdə insan məhəbbətə, qayğıya, mehribanlığa, daha çox ehtiyac hiss edir. Onu “freydizm” və “insan insana canavardır” kimi bədnam nəzəriyyələrdən də qorumaq lazımdır.
-İş üsulunuz haqqında oxuculara bir-iki kəlmə söz deməyiniz xahiş olunur.
-Mənim işimdə saat bölgüsü yoxdur. Mövzu məni tutanda gecəni-gündüzə qatıram.
-Mütaliənizdən razısınızmı? Hansı yazıçıların (ümumiyyətlə dünya ədəbiyyatında) əsərləri sizə daha çox xoş gəlir və nəyə görə?
-Razı deyiləm. Heç bir vəchlə çatdırmaq olmur. Jurnaldakı ən yaxşı əsərləri oxumağa belə vaxt azlıq edir. Ədəbiyyatçının işləməsi üçün ona meyar lazımdır. Bu meyar bir yazıçıdan ibarət ola bilməz. Gərək hər qanın qaynayan yazıçıdan ruhuna uyğun bir cəhət nəzərdə tutub özun üçün ümumi bir etalon yarada biləsən. Mənə Heminqueyn “həyatdan inandırıcı”, olduqca sərt, hətta, metaforaları belə çox zaman amansızcasına sıxışdırıb çıxarılmış və sözün cövhəri ilə yazılmış nəsri ilə birlikdə Henrix Böllün dərin psixologiyası xoş gəlir. Bayaq dediyim etalona daxil olan başqa yazıçıların da adını çəkib, baş ağrısı vermək istəmirəm.
-Yazıçı öz ideal qəhrəmanının səviyyəsində dayanmalıdırmı? İdeal qəhrəman lazımdırmı?
-Bu, sxematizmə aparıb çıxarmazmı? Canlı, mürəkkəb, yüksək intellektli, qüsurlu, günahlı qəhrəmanlar oxucuya daha çox təsir edə bilər. “Fəlsəfədə antropoloji prinsip” kimi olduqca səmimi, mürəkkəb, inandırıcı bir əsər yazmış böyük Çernışevskinin “Nə etməli?” əsərindəki qəhrəmanların bəzi ideal münasibətlərinə (xüsusən ailə, sevgi münasibətlərinə) inana bilmirəm.
-Yazıçı şəxsiyyətinin onun yaradıcılığına təsiri varmı?
-Var. Əgər yazıçı qəhrəmanına özündə olmayan müsbət keyfiyyətləri vermək istərsə, bu adicə imitasiyadan başqa bir şey ola bilməz. Yaxşısı budur ki, o, məhrəm hisslərindən, fikirlərindən yazsın. Bu, daha səmimi çıxır. Yesenin bundan qorxmurdu.
Ən böyük istedada malik olan yazıçı, şəxsiyyəti, dünyagörüşü, həyat tərzi ucbatından faciə qarşısında dayana bilər, Rediard Kiplinq dahiyanə istedada malik bir sənətkar idi. Lakin Böyük Britaniya imperiyasından hər sözü üçün bir şillinq-50 qəpik qızıl pul (bu, heç bir yazıçıya nəsib olmamışdır) alan Kiplinq böyük istedadını ancaq hakim qüvvələrin tərənnümü- nə, təsvirinə həsr etdi. Arabir “sözün düzünü” demək istədisə də ümumbəşəri bir yazıçı ola bilmədi...../moderator.az,Elmin/