manera.az
manera.az

İsanın çarmıxı boyuma gəlməz... -Şeirlər

📅 09.09.2017 17:12

İsanın çarmıxı boyuma gəlməz... -Şeirlər
Firəngiz Sabirqızının şeirləri:

***
Yağacaq yağışın dolusu ,qarı,
Sınıq gülüşümü òpüb düşəcək.
Daha dodaqımın tüpürcəyindən,
Qocalıb,qartımış ömür düşəcək.

Sıxacaq üzümü əyri ağrılar,
Gözümün suyunu azdırmaq üçün.
İsanın çarmıxı boyuma gəlməz,
Məni göy üzündə basdırmaq üçün.

Döy məni açılmaz qapılar kimi,
Bəlkə gözlərimdən baxanım ola.
Dəridən ətimi sıyırıb bir gün,
Çürük sümüyümü tapanım ola.

***
Qarda, şaxtada azdım,
Bahardır yolum hanı.
Özümə qucaq açım,
Üşüdüm qolum hanı.

Adımı yadıma sal,
Adım yadımdan çıxıb.
Şitəmmi,duzluyammı,
Dadım yadımdan çıxıb.

Əz keç məni də əz keç,
Keçilməz dağlar kimi.
Sən ki çoxdan ölmüsən,
Gözlərim ağlar kimi.
***
Payız günəşinə isinmək olmur,
Süzülsə başından ayağınadək.
Sən hara getsən də sevəcəm səni,
Saçından o köhnə darağınadək.

əllərim göynəyir qara telində-
gecənin,üzünə yağışlar yağır.
Elə susamışam sənin qoxunçün,
Öpərəm gözündən dodaqınadək.

Baxarsan bir ayrı adam görərsən,
Görərsən alnına qırışlar düşüb.
Òzün òz səsinə ağı deyərsən,
Dilindən yol gedər qulağınadək.

***
Qara buludların üstü qardımı,
Allahın əl çatmaz ətəklərində.
Mən də bir arının sınıq qoluyam,
Bu şirin dünyanın pətəklərində.

Kəsib ayaqımı buxovu açım,
Sənə qəlbim gəlir yoluna su səp.
Gözündən ox dəyib sinəm deşilib,
Sən Allah gözünə bir ayrı rəng çək.

Damır damım kimi saçımdan yağış,
Asır taleyimi tavanım üstə.
Qoparıb getmisən barmaqlarımı,
Yuyurə bilmirəm dabanım üstə.

***
Gecənin üstünə nəfəsini çək,
ərisin yuxumun buz qalıqları.
Yolların qəlbimin içindən keçir,
Durulur gözümdə toz qalıqları.

Sənli günlərin də sənsizliyi var,
Hayana getsəm də tapacaq məni.
Mən öyrəşmişəm atılmaqa da,
Bax elə o qız da atacaq məni.

Qolum qollarından qırılan yarpaq,
Saralan əllərim xəzələ dönüb.
Həsrətin içimi yeyib,bitirib,
Eybəcər Firəngiz gözələ dönüb.

Gəl sıx məni bir də ürəyin üstə,
Sıxılan ürəyim özümdən düşsün,
Çıxıb getməyə bir yol tapammıram,
Ağla ki cığırlar gözündən düşsün.

MANERA.AZ


Baxış sayı - 1 618 | Yüklənmə tarixi: 09.09.2017 17:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031